Вторник, 21.05.2024, 16:53
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2012 » Ноябрь » 18 » 17 NOYABR
17:40
17 NOYABR

          

          17.11.1992 Azərbaycan Respublikasının Milli Dirçəliş Günüdür.


     Azərbaycanda  1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi. Ancaq, xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtki rəhbərliyi heç bir qəti tədbir görmək istəmirlər. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Lenin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır.


 

Bu dünyanın bir adı var canım mənim məmləkətim,
Günəş kimi daim yanar Odlar yurdu məhəbbətim,
Qoy ucalsın zirvələrə o yenilməz bayrağımız,
Qayıdacaq bir gün yenə hər bir qariş torpağımız!

Hər bir elin öz yeri var mənim elim doğma diyar,
Gözəllikdə o bir bahar gələcəyə işıq saçar,
Qurban olum Azərbaycan bu müqəddəs torpağına
Baxib igid övladina qoy sevinsin hər bir Ana!

Öz sözü var, hörməti var ölkələrin arasında
Belə gözəl, belə zəngin var dünyanın harasında?
Vətənimin məğrur,güclü, öz ürəyi. İlhamı var,
Xoş günlərə gedən yolda bir əbədi bayramı var.

Hər bir elin öz yeri var mənim elim doğma diyar,
Gözəllikdə o bir bahar gələcəyə işıq saçar,
Qurban olum Azərbaycan bu müqəddəs torpağına
Baxib igid övladina qoy sevinsin hər bir Ana!
İsmayıl Dadaşov
Просмотров: 368 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz