28 May – Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində
ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı
gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində
Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı
xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq
Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət
yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin
ilk təcrübəsi kimi iz qoymuşdur.
Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan
Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk
demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan
Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb.
Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı
daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya
köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər
və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və
qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli
pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq
ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın
bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti
təmin etmişdir.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan
ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə
baş vermişdir.
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında
Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O
zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb
ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun
ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna
məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi
surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə
baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının
dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası
"İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan
Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan
qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan
dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti,
millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi
hüquqlarını təmin etməlidir.
1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq
Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.
1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa
edilməsi günü dövlət bayramı
kimi qeyd edilir.
|