Bu gün orta ümumi təhsil məktəblərində "SON
ZƏNG” bayramı qeyd olunur.Çıxışını bu sözlərlə başlayan məktəbimizin direktoru
Cavanşir müəllim məzunları təbrik etdi. Onlara gələcəkdə uğurlar arzuladı.
Məktəbimizin müəllimi Gülüstan müəllimə də məzunları
ürəkdən təbrik edərək ,onlara məktəbi ,müəllimləri unutmamağı arzuladı.11 a,11
b ,11 j siniflərinin sinif rəhbərləri də təbriklərini sevimli şagirdlərinə
çatdirdilar.
31 MAY bu bəlkə də 11 il oxuyan şagirdin 11
illik tarixində yeganə gündür ki, o günü həm sevinclə həm də kədərlə qarşılayır..Bu
gün məktəb dövrünün ən son, pik zirvəsidir..Bu pik zirvəni yaşamaq əslinə qalsa
çox qürur vericidi..
Çünki bu gündən etibarən sən məktəbdə oxuyan
şagird yox, artıq müstəqil Azərbaycanın azad gənclərinə çevrilirlər.Arzu edirik
ki, məzun adından sonra tələbə adına layiq olsunlar..
|