Вторник, 21.05.2024, 14:32
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2012 » Ноябрь » 6 » 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür
16:57
9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür

    

      

 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür
   

    Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
    Azərbaycan Respublikasının dövlət bayrağı ölçülərinə görə bərabər 3 horizontal zolaqdan ibarətdir. Üstdəki zolaq mavi, ortadakı zolaq qırmızı, altdakı zolaq isə yaşıl rəngdədir. Mavi rəng Azərbaycan xalqının türkmənşəli olması, qırmızı rəng cəmiyyətin müasirləşməsi, yaşıl rəng isə İslam sivilizasiyasına məsubiyyət mənasını verir. Qırmızı rəngin ortasında, bayrağın hər iki tərəfində olmaqla, ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir edilmişdir  .       Bayrağımızın üzərindəki ay-ulduzun mənası nədir? Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olub.Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib.

    Tarixçi Cəbi Bəhramov: "Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur", – deyə bildirir. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır.

    Tarixçi alim Cəmil Həsənli bildirib ki, ay-ulduz türk simvolları hesab olunur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib".

    Səkkizguşəli ulduzun mənasını AMEA-nın dissertantı Akif Məmmədli belə açıqlayıb: "Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir".

    Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M. Ə. Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: "bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".

    Hər bir azərbaycanlıda qürur doğuran üç rəngli, möhtəşəm bayrağımız bü gün dalğalanmaqla bizim müstəqil, azad yaşamamızın carçısıdır.
   

 Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycanım !!!

 

 

 

Просмотров: 451 | Добавил: mekteb | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz