Вторник, 21.05.2024, 09:33
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Форма входа

Главная » 2021 » Июнь » 16 » Azərbaycan-Türkiyə
22:55
Azərbaycan-Türkiyə

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığı bütün dünyaya bildirən bir mesajdır.

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respunlikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

İki ölkə və onun xalqları arasında dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan və Türkiyə Respublikaları arasında münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının ən pik dövrünü yaşayırıq. Sözün əsl mənasında bir ananın iki oğlu bir amal uğrunda birliyini bütün dünyaya bəyan etdi.

Yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr qorumaq üçün birgə addımlar atacaq. Bundan başqa Türkiyə prezidenti Ərdoğan Türkiyənin Şuşada Baş Konsulluq açacağını bəyan edib.

İ.Əliyev jurnalistlərə açıqlamasında deyib: “Aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bu özü hər şeyi deyir. Bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik”.

Bu müqavilə iki xalqın qardaşlığını bütün dünyaya bildirən mesajdır.

Просмотров: 113 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Июнь 2021  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz