Пятница, 17.05.2024, 04:06
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2016 » Май » 17 » Azərbaycanlı məktəblilər ABŞ-da tarixi uğur qazanıb
10:14
Azərbaycanlı məktəblilər ABŞ-da tarixi uğur qazanıb

 

ABŞ-ın Arizona ştatının Finiks şəhərində InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilib.

Bu il Finiks şəhərində təşkil edilən sərgiyə  77 ölkədən 1760 iştirakçı qatılıb. Sərgidə Azərbaycanı “Sabahın alimləri” V Respublika Müsabiqəsinin qalibləri – Bakı Avropa Liseyinin XI sinif şagirdləri Arzu Məmmədova, Nərmin Aydarova, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Mədət Sərdarlı, XI sinif şagirdi Nigar Sərdarlı, həmin liseyin 10-cu sinif şagirdləri Ayşən Əliyeva və Əli Əliyev təmsil ediblər.

Azərbaycanlı məktəblilər bu sərgidə tarixi uğura imza atıblar. Belə ki, münsiflərin seçimi ilə  fizika, materialşünaslıq kateqoriyası üzrə Nərmin Aydarova və Arzu Məmmədova IV yeri tutublar.

Digər təmsilçilərimiz Nigar və Mədət Sərdarlılar isə Qətərin Elm və İşlətmələr Fondunun xüsusi mükafatına layiq görülüblər.

Qeyd edək ki, bu, məktəblilərimizin 2012-ci ildən sonra sözügedən sərgidə qazandıqları ilk əsas mükafatıdır.

Qaliblərə pul mükafatı və diplomlar verilib.

    1997-ci ildən keçirilən sərgiyə qatılmaq üçün hər il müxtəlif ölkələrdən 7 milyona yaxın məktəbli müraciət edir. Ölkəmizi bu sərgidə təmsil etmək üçün məktəblilər “Sabahın  alimləri” müsabiqəsindən seçilir. Bu il müsabiqədə ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edib. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihə olub. Müsabiqə 8 kateqoriya üzrə keçirilib.

 

 

Просмотров: 287 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Май 2016  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz