Вторник, 21.05.2024, 12:30
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2013 » Сентябрь » 16 » BİLİK GÜNÜ
13:59
BİLİK GÜNÜ
 Bu gün Azərbaycanda Bilik günü və yeni dərs ilinin başlanğıcı qeyd olunur. Ölkə prezidenti İlham Əliyevin 24 avqust 2004-cü il tarixli sərəncamı ilə bütün tədris müəssisələrində dərslər sentyabrın 15-də başlanır. Məhz bu tarix Bilik günü kimi təsdiq olunub.

 2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Onlardan 74998 nəfəri oğlan, 66168 nəfəri isə qızdır. 2012-2013-cü dərs ilində ümumtəhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135541 nəfər olub. Onların da 73182-si oğlan, 62359 nəfəri qızdır.

 Yeni tədris ilində Bakı şəhərindəki ümumtəhsil məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu gözlənilir. Bu il Bakı şəhəri üzrə xüsusi istedada malik 2400-ə yaxın uşaq I sinfə qəbul olunub.

 Bu il 33745 abituriyent ilk dəfə olaraq tələbə kimi ali məktəbə gedəcək.

 Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 2013-2014-cü tədris ilindən başlayaraq ümumtəhsil müəssisələrinin V-XI siniflərində ilk dərs "Mənim Vətənim - doğma yurdum" mövzusuna həsr olunacaq.   

 Həmin mövzuda keçirilən dərslərdə Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərinin izahına, Azərbaycanın dövlət rəmzləri haqqında şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, onlarda respublikanın, eləcə də yaşadıqları ərazinin flora və faunası, tarixi və mədəni abidələri, görkəmli şəxsiyyətləri, ölkəmizin dünya birliyində mövqeyi, son dövrlərdə qazandığı nailiyyətlər, Vətən uğrunda şəhid olmuş qəhrəmanlar barədə məlumatların artırılmasına xüsusi diqqət yetiriləcək.

 Xatırladaq ki, sentyabrın 15-i bazar gününə təsadüf etdiyi üçün, yeni tədris ilinin ilk dərs günü sentyabrın 16-da başlayacaq.

Просмотров: 395 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Сентябрь 2013  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz