Вторник, 21.05.2024, 09:31
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Форма входа

Главная » 2016 » Май » 3 » Böyük xeyriyyəçi - Hacı Zeynalabdin Tağıyev
11:55
Böyük xeyriyyəçi - Hacı Zeynalabdin Tağıyev
1823-cü il sentyabrın 25-də Bakıda başmaqçı ailəsində Zeynalabdin adında bir oğlan dünyaya gəldi. İllər keçdi və Zeynalabdin nüfuzlu neft maqnatlarından və mesenatlardan biri kimi adını Azərbaycan tarixinə yazdırdı. Zeynalabdin Tağıyev 10 yaşından işləməyə başlayıb. Əvvəlcə bənna şagirdi, 15 yaşında bənna, daha sonra podratçı işləyib. O vaxtlar Bakıda neft bumu hökm sürürdü. Zeynalabdin iki şəriki ilə birlikdə Bibiheybətdə torpaq icarəyə götürür. Nə qədər quyu qazsalar da, neft çıxmır ki çıxmır. Şərikləri öz paylarını satırlar və Zeynalabdin torpağın tək sahibinə çevrilir. O, qibtəediləcək inadkarlıqla qazma işlərinə davam edir. Nəhayət quyu fontan vurur. Kasıb başmaqçı Tağının oğlu palçıq daşıyan Zeynalabdin bir anda milyonçu Tağıyevə çevrilir. Lakin birdən-birə milyonlar səltənətinə düşməsi onun başını gicəlləndirmir. Deyilənə görə, Hacı puluna güvənib yolundan azmamaq üçün bənnalıq etdiyi baltanı imarətinin ən görməli yerindən asır ki, hər dəfə kasıb günlərini ona xatırlatsın. O, gəlirinin xeyli hissəsini xeyriyyəçiliyə, doğma şəhərinin inkişafına və abadlaşdırılmasına sərf edir, istedadlı gəncləri xaricdə təhsil almağa göndərir, artistlərə sponsorluq edir. Bakıda müsəlman Şərqində ilk dünyəvi qız məktəbini açması onu zəmanəsinin ən mütərəqqi insanları ilə bir cərgəyə qoyur. O dövrdə müsəlman qızlar üçün müasir məktəbin açılması böyük cəsarət tələb edirdi. Çar üsul-idarəsi məktəbin açılmasına mane olur, cahil ruhanilər, qoçular qızların oxuması ilə heç cür razılaşmırdılar. Məktəbin açılmasına icazə almaq üçün Hacı çariça Aleksandra Fyodorovnaya qiymətli hədiyyə bağışlayır və məktəbə onun adının verilməsini təklif edir. Nəhayət, məqsədinə çatır. Böyük maarifçi, Azərbaycanda ilk qəzetin – “Əkinçi”nin naşiri Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova məktəbə ilk direktor təyin olunur. Məktəbə qəbul edilən 58 qızın 35-i yoxsul ailədən çıxmışdı. Onların təhsil haqqını, yemək və geyim xərclərini Tağıyev öz üzərinə götürür. Da Bay adlı bir fransız Parisdə nəşr olunmuş kitabında Bakıda müsəlman qız məktəbinin açılmasını ağlasığmaz möcüzə adlandırırdı. Tağıyev daha sonra Mərdəkanda bağçılıq məktəbi açır. Hacı Zeynalabdin Bakıda teatr binası tikdirir. Azərbaycan klassik musiqisinin banisi, böyük bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 25-də bu teatrın səhnəsində oynanılır. İndi həmin binada Azərbaycan Dövlət Musiqili Komediya Teatrı fəaliyyət göstərir. Dəmir yolunun, su xəttinin çəkilməsi, yanğından mühafizə xidmətinin yaradılması, kitab nəşri... Bütün bunlar böyük mesenatın gördüyü işlərin heç də tam olmayan siyahısıdır. Müxtəlif nəşrlərin yazdığına görə, H.Z.Tağıyevin vəsaiti ilə ali tibb təhsili almış Nəriman Nərimanov hesablamışdı ki, mesenat xeyriyyə işlərinə qızıl pulla 1 milyon rubl xərcləyib. Bugünkü meyarlarla ölçülsə, həmin məbləğ yüz milyonlarla dollara bərabərdir. Xeyirxah ürəyinə və nəcib işlərinə görə Tağıyevi xalq arasında “El atası” adlandırırdılar. Bakıda müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri Hacını fəxri sədr seçmişdilər. Uşaqlar, Hacı Zeynalabdin Tağıyevlə bağlı maraqlı ibrətamiz əhvalatlar qələmə alınıb. Birinci əhvalat: Hacı Zeynalabdin Cənubi Qafqaz müsəlmanlarının nümayəndəsi kimi çar III Aleksandrın tacqoyma mərasimində iştirak edirmiş. Nazirlər sovetinin sədri çarın sağ tərəfində dayanıb, gələnləri bir-bir ona təqdim edirmiş. Növbə milli geyimdə olan Hacı Zeynalabdinə çatır. Nazirlər sovetinin sədri elə güman edir ki, Hacı rus dilini bilmir. Çara deyir: “Ваше величество, это представитель дикого народа (Zati-aliləri, bu, vəhşi xalqın nümayəndəsidir). Tağıyev təmkinini pozmadan cavab verir: “Мы не дикие, мой народ не дикий, он имеет свою многовековую, богатую историю» (Biz vəhşi deyilik, mənim xalqım vəhşi deyil, o, çoxəsrlik zəngin tarixə malik bir xalqdır). İkinci əhvalat: Bir gün Bakı varlıları Hacıya şikayət edirlər ki, ermənilər şəhərin aşağı məhəllələrində evlər tikdirirlər. Tədbir görüb, bunun qabağını almaq lazımdır. Hacı deyir: “Qoy tiksinlər. Qabağını almaq lazım deyil. Mən özüm də onları şirnikləndirirəm ki, tikdirsinlər. Gedəndə heç kəs binaları dalına şələləyib aparmayacaq. Onlar gedəcək, binalar isə qalacaq”. Üçüncü əhvalat: Bir gün Hacıya xəbər çatdırırlar ki, şəhər bazarlarında təzə balıq yoxa çıxıb. Hacı deyir: “Arxayın olun, bu günlərdə şəhərə balıq gətirərlər”. Ertəsi günü faytona minib vətəgələrdən birinə gəlir. Balıqçılar Hacını görə kimi əl-ayağa düşürlər. O, təzə tutulmuş, çapalayan balıq gətizdirir, barmağındakı brilyant üzüyü çıxarıb məftillə balığın quyruğuna bağlayır və balığı dənizə atır. Bu xəbər bütün vətəgələrə yayılır. Balıqçılar quyruğunda brilyant üzük olan balığın eşqi ilə çoxlu balıq ovlayırlar. İki gündən sonra şəhər bazarlarında balıq əlindən tərpənmək olmur. Dördüncü əhvalat: Bir gün Axund Hacı Turab Hacı üçün Quranı, daha doğrusu, Yasin surəsini oxuyub tərcümə edirmiş. Növbə "Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar” sözləri yazılmış 82-ci ayəyə çatanda Hacı soruşur: “Yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar?” Axund cavab verir: “Əlbəttə alar" Çox keçmədən Azərbaycanda Sovet hakimiyyəti qurulur. Hacının, demək olar, bütün sərvəti bir anda əlindən çıxır. Axundun vaxtilə dediklərini xatırlayan Hacı Zeynalabdin vəsiyyət edir: “Məni Axund Hacı Turabın ayağı altında basdırarsınız, onun ayağının bildiyini mənim başım bilmir”. Bu vəsiyyətinə əməl edib Hacını Axund Hacı Turabın məzarının ayaq tərəfində basdırırlar .20-ci əsrin əvvəllərində Pakistan ərazisi Britaniya mustəmləkəsi olanda həmin ərazidə pandemiya yayılır. İnsanlar kutləvi tələf olurdu. Azərbaycan milyoneri Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Dəyərverən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edirlər. Beləliklə Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma dövlət kimi tanıyır.
Просмотров: 262 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Май 2016  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz