Вторник, 21.05.2024, 07:16
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2020 » Июнь » 2 » Bunları bilmək maraqlıdır...
10:48
Bunları bilmək maraqlıdır...

2 iyun 2020. Bunları bilmək maraqlıdır...

1. Əgər hər gün bir Azərbaycan kəndini gəzməli olsanız, ona on bir ildən çox vaxt sərf etmiş olacaqsız.

2. Vaxtiylə Fransanın müstəmləkəsi olmuş Yeni Kaledoniyanın rəsmi dövlət bayrağı eyniylə Azərbaycan bayrağına bənzəyir. 2010-ci ildə qəbul olunmuş bayraq göy, qırmızı, yaşıl zolaqdan ibarətdir.

3. 1977-ci ildə SSRİ-də istehsal edilən "NİVA" avtomobilinin layihəçiləri P.Pruşov və V.Solovyov avtomobili öz övladlarının şərəfinə adlandırmışlar. Övladlarının adlarının ilk hərflərinə uyğun Natalya-İrina- Vadim-Andrey olaraq "NİVA" adlandırmışlar.

4. Təyyarələrdə məşhur "Qara qutu"nu britaniyalı Devid Uorren ixtira edib. Bu ixtiranın yaranma səbəbi Devidin atasının 1934-cü ildə baş vermş təyyarə qəzasında qəzaya uğramış təyyarənin və ekipajının tapılmaması olmuşdur.

5. 1942-ci ildə Qazaxın Şıxlı kəndinə cəbhədən gələn yaralı bir əsgər Qəhrəman müəllimə deyir ki, oğlunuz İsmayıl döyüşdə həlak oldu. Meyitini öz gözlərimlə gördüm. Ailə, bütün kənd İsmayıla yas saxlayır. Hətta 40 mərasimini də verirlər. Amma İsmayıl Şixlı üç il sonra sağ-salamat müharibədən qayıdır. Üstəlik 1991-ci ildə Dövlət Müstəqilliyimizin lehinə səs verən istiqlalçı deputat kimi tarixə düşür.

6. Osmanlı dönəmində qəssablar hər 6 aydan bir dövlətin nəzarəti ilə bağban işləməyə göndərilirdi. Bunun səbəbi davamlı heyvan kəsənlərdə, ət doğrayanlarda mərhəmət hissinin azalması idi. Beləliklə qəssablar gül bağçalarında işləməklə insani hissləri yenidən qazanırdılar.

7. Bill Qates ölkələrin dövlət büdcəsinə görə Azərbaycan da daxil dünyanın 139 ölkəsindən daha varlıdır.

8. İsveç dövləti il ərzində heç bir gün də olsun qayıbı olmayan şagirdlərə hər ilin sonunda 178 dollar ödəyir.

9. Balaca rəssam, 8 yaşlı həmyerlimiz Kənan Arzumanov Yaponiyada keçirilən 86 ölkənin qatıldığı 100 minə qədər rəsm əsərlərinin təqdim olunduğu Dünya Uşaq Rəsm Sərgisində fəxri ikinci yerə layiq görülüb.

10. Əmir Teymur 1401-ci ildə Şam şəhərini (indiki Dəməşq) tutduqdan sonra peyğəmbər nəvəsini qətlə yetirdiyinə görə Yezid ibn Müaviyənin qəbrini dağıtmış, onun sümüklərini yandıraraq heç bir nişanə qalmamasına nail olmuşdur.

Просмотров: 150 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Июнь 2020  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz