Вторник, 21.05.2024, 02:03
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Форма входа

Главная » 2017 » Май » 6 » Bunu kim edə bilərdi?
09:08
Bunu kim edə bilərdi?

Azərbaycanın igid oğlu, general-mayor Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı olub.Azərbaycanlı general-mayordur. 1910-cu il yanvarın 22-də Lənkəranda anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə işləməyə başlayıb. Sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1929–cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb. 

Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi igidliyə görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunub. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Stalinqrad Cəbhəsi Veteranlar Şurasının fəxri üzvü, Respublika Veteranlar şurasının üzvü, SSRİ Jurnalistlər İttifaqı və Kinomatoqrafçılar İttifaqının üzvü, professor, əməkdar İncəsənət xadimin Musa Bağırov ömrünün 25 ilini Həzi Aslanovun həyat və fəaliyyətinin tətqiqinə həsr edib, filmlər çəkib, kitablar yazıb. Məhz onun zəhmətinin nəticəsi olaraq, H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

O, AzVision.az-a müsahibəsinə xalqımız igid oğlunun ölümünün sirli qalan tərəflərilə bağlı maraqlı faktlar açıqlayıb:

-Mən çox maraqlanırdım ki, Həzi Aslanov niyə belə gənc yaşında dünyasını dəyişib? Özü də çox müəmmalı şəkildə ölüb. Mənə dedilər ki, Həzini qətlə yetiriblər. 1967-ci ildə onun haqqında çəkdiyim filmin təqdimatından sonra balaca banket oldu. Orada polkovnik Filimenko mənə təklikdə dedi ki, Baqramyanın sağlığında heç kim Həzi Aslanovun necə ölməsi barədə həqiqəti danışmırdı. Əli ilə bir sxem çəkdi. Həmin sxem indi də məndə durur. Dedi ki, Həzi Aslanov başından balaca yaralanmışdı, xəstəxanada yatırdı. 1945-ci ildə bütün müttəfiq Respublikalarda Müdafiə Nazirlikləri yaranırdı. O cümlədən də, Azərbaycanda. Mircəfər Bağırov deyib ki, Həzi Aslanovu Azərbaycanın Müdafiə naziri təyin edək. Həmin vaxt Nazirlər Sovetinin sədri olan Teymur Quliyev bildirib ki, hazırda müharibə gedir, Həzi Aslanova icazə verməzlər, o, döyüşdədir. Bağırov Stalinə zəng edib və Həzi Aslanovun Azərbaycana gəlməsi üçün icazə alır.
Həzini xəstəxanadan qulluq etdiyi hərbi hissəyə çağırırlar. Baqramyan ona deyir ki, “Həzi, mən səni təbrik edirəm, sən sabah Azərbaycan Kommunist Partiyasının sərəncamına getməlisən, səni Azərbaycana müdafiə naziri təyin edirlər. Ancaq sabah biz hücuma hazırlaşırıq. Mən istərdim ki, sən özün hücumu planlaşdırasan”.

Bu planlaşdırma – rekoqnisirovka vaxtı bütün komandirlər orada iştirak edirlər. Təxminən 18-20 nəfər adam olur. Həzi təklif edir ki, almanlardan qənimət götürülən altılüləli minamyot orta cihanda yerləşdirilsin və düşmənə atəş açsın. Səhərisi gün Həzi Aslanov Bakıya getməli idi. Onun bir yük maşını vardı, dincəlmək üçün həmin maşını yaşayış otağına çevirmişdi. Ora gedir, çəkmələrini çıxarır ki, rahatlansın. Onu görən şahid Kulkov deyir ki, Həzi Aslanovın ayağında milli qaydada toxunmuş corab var idi. Aradan 20-25 dəqiqə keçməmiş o altılüləli minamyotdan çıxan altı mərmi Həzi Aslanovun olduğu maşına dəyir.- O atəşi kim aça bilərdi?

- Minamyot bizim sahədə olub. Yalnız sovet ordusunun nümayəndələri ondan atəş aça bilərdilər. Ona görə, Klemenko mənə xəlvətcə dedi ki, Həzi Aslanov ölməyib, onu qətlə yetiriblər. Bu hadisə məndə çox maraq oyatdı: 34 yaşında general, Sovet İttifaqı Qəhrəmanı necə qətlə yetirilib? Mən maraqlanmağa başladım ki, niyə Həzi Aslanov ikinci Ulduzunu almayıb? Axı İyunun 23-dən 30-na qədər Həzi Aslanovun apardığı əməliyyatlara görə cəbhə komandanı Çernyayovski onu ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edib. Aradan 15 gün keçir, Həzi Aslanovun qulluq etdiyi bütün korpus Birinci Pribaltika cəbhəsinin sərəncamına verilir. Orada da komandir Baqramyan idi. Həzi ilə bağlı təqdimatın əslini mən çox axtarsam da, tapa bilmədim. Onu məhv edib, təhrif edilmiş təqdimat yazıblar, buna görə də ona qəhrəman adı verilməyib.- Bunu kim edə bilərdi? 

- Burada 100 faiz ermənilərin rolu olub. Köhnə təqdimatı gizlədənlər də, məhv edənlər də, təzə təqdimatı yazanlar da İ.Baqramyanın rəhbərliyi alıtında ermənilər olublar. Bir müddət sonra mən əsas, yəni köhnə təqdimatı da tapdım və SSRİ Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Marşal Arximeyevin yanına apardım. O, təqdimata baxıb dedi ki, Həzi Aslanova ikinci dəfə də qəhrəman adı düşür. Yazılı şəkildə bildirlər ki, xahiş edirik, bu təqdimat əsasında Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilsin.

Amma bundan sonra həmin məsələni həll etməli olan Georgi Şahnazarov bizə xeyli əngəl törətdi. O, Qorbaçovun birinci köməkçisi idi. Dəfələrlə yanına getdik, işi xeyli süründürdü. Məsələ - yəni, Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının təqdim olunması iyun ayının 21-nə qədər həll olunmalı idi. Çünki müharibənin 50 illiyinə həsr olunacaqdı. Əks halda, daha sonra bu işə qayıtmayacaqdılar. İyunun 19-da Şahnazarov məni kabinetinə çağırdı. Dedi ki, nə istəyirsən? Mən də dedim, istəyirəm ki, siz sənədlərə baxıb, Qorbaçova təqdim edəsiniz, çünki bu adam qəhrəman adına layiqdir. Şahnazarov qalxıb, mənim yaxamdan tutub, dedi ki, burada xuliqanlıq eləmə! Mənim köynəyimdəki düymə qopdu. Mən də onu itələdim, divana əyləşdi. Sən demə, qabacaqdan hazırlıq işləri görübmüş. Zəngi vurdu, iki nəfər içəri daxil oldu. Dedi ki, “bunu aparın buradan!”Məni həmin iki nəfər milis şöbəsinə apardılar. Məqsədləri bu idi ki, məni bir saxlasınlar və ad verilməsi işini qaldıran olmasın. Amma milis işçiləri elə bilirdilər, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov mənəm və ikinci dəfə ad tələb edirəm. Buna görə mənə çox yaxşı münasibət göstərdilər. Oradakı bir polkovnik dedi ki, sizə necə kömək edə bilərik? Cavab verdim ki, icazə verin, mən Marşal Belova zəng edim. Telefon nömrəsini verdim, özləri zəng etdilər. Dedilər ki, burada bir nəfər sizinlə danışmaq istəyir. Məsələni Belova izah etdim.

Aradan yarım saat keçdi. Marşal Belov, Andrey İvanoviç və Tank Qoşunları Akademiyasının rəis müavini, general Orlov ora gəldilər. Nəsə söhbət etdilər, sonra məni milis şöbəsindən çıxarıb, özlərilə apardılar. Yolda onlara hər şeyi danışdım. Dedilər ki, rahat ol, hər şey yaxşı olacaq.Gecə saat 12-də yoldaşım Bakıdan mənə zəng etdi. Dedi ki, səni təbrik edirəm, 20 illik zəhmətin bəhrəsini verdi, gecə televiziyz bütün verilişləri dayandırdı və Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsini elan etdilər. Mən 3 dəfə yoldaşımdan xahiş etdim ki, həmin sözləri bir də təkrar etsin. Təsəvvür edin, mən arxivlərdə 20 il çalışmışam, Belorusiyada, Stalinqradda, Moskva, Ukraynada gecə-gündüz əziyyət çəkmişəm. Bu, mənim əziyyətimin bəhrəsi idi. Özümü saxlaya bilmədim, ağladım. Həmin vaxt oteldə mənimlə yanaşı şair Cabir Novruz da qalırdı. O, mənim səsimi eşidib otağa gəldi. Dedi ki, ay Musa, nə olub, niyə ağlayırsan? Ona hər şeyi danışdım. Dedi ki, ay kişi, ağlamaq yox, biz bunu qeyd etməliyik! Gecə saat 1-də biz bu qələbəni qeyd etdik.

Əslində Qorbaçov o sərəncama qol çəkməyə məcbur olmuşdu. Çünki o da ermənilər kimi istəmirdi ki, Həzi Aslanova ikinci dəfə Qəhrəman adı verilsin.
Просмотров: 260 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Май 2017  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz