Вторник, 21.05.2024, 20:05
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2017 » Ноябрь » 17 » Deməli belə lazımdır?
23:57
Deməli belə lazımdır?

Otto Bismarkın xatirələrindən

1859-cu ildə İmperator II Aleksandr, Pavlovsk sarayı və Neva arasında yerləşən Yay bağçasında gəzişərkən, çəmənliklərin birində, bir qarovulçunun nə səbəbə dayandığını anlaya bilmir. Bu post qarovulçuların təyin olunması məntiqinə heç cür uyğun gəlmir və qarovul sisteminin aparılması sistemi ilə ziddiyyət təşkil edirdi. Səbəbi ilə bağlı suala əsgər yalnız "belə əmr verilib" deyə cavab verə bildi; imperator öz adyutantına qarovul evindən maraqlanmağı tapşırır, amma orada da başqa cavab verə bilmirlər, yalnız onu deyirlər ki, burada qışda və yayda qarovulçu durur, öncədən kimin əmri olduğunu müəyyən etmək mümkün olmur.

Əgər qarovul təyin olunubsa, yəqin ki, çəmənliyin ortasında qarovulçunun olmasına kimsə qərar verib? Deməli belə lazımdır?

Nə qədər araşdırsalar da əmrin haradan gəldiyini heç kim müəyyən edə bilmir. Sonradan təqaüddə olan qulluqçulardan biri, atasının ona danışdığı bir şeyi, xatırlayır. Bir gün atası ilə Yay bağcasından keçərkən atası deyibmiş: "Qarovulçu hələ də qardələn gülünü qoruyur..."

Sən demə, şahzadə Yekaterina bir dəfə burada vaxtından əvvəl çıxmış qardələn gülünü görür. Əmr edir ki, bu gülü heç kim qoparmasın və ya tapdalamasın. Onun əmrini icra etmək üçün buraya qarovul təyin edirlər. Və o hələ də durur.

Həmin hadisədən həftələr, aylar, illər, onilliklər keçir. Heç kimin toxunmadığı gül də məhv olur. Yekaterina da dünyadan köçür.
Onun köməkçiləri, saray qulluqçuları, saray qarovulçuları belə dünyadan köçürlər. Amma hər gün buraya, mövcud olmayan gülün ətrafına qarovul təyin olunur. Nə üçün? Yaxşı sualdır! Çünki, belə lazımdır, belə gətirib və başqa cür ola bilməz.

Просмотров: 657 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Ноябрь 2017  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz