Вторник, 21.05.2024, 09:54
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 3
Гостей: 3
Пользователей: 0
Форма входа

Главная » 2023 » Май » 31 » Əgər ömür vəfa etsəydi
13:15
Əgər ömür vəfa etsəydi

M.Ə.Sabir cəmi 49 yaşı olarkən dünyadan köçmüşdür. Şair xəstə olduğu zaman Tiflis (Tbilisi) şəhərində özünü müayinə etdirmək məqsədilə həkimə müraciət edir. Həkimlər:

- Xəstəliyinizi müəyyən etmək üçün sizi yarıb müayinə etmək lazımdır – dedikdə şair belə cavab verir:

- Mən portmanat deyiləm ki, məni açıb baxasınız və sonra yenə də bağlayasınız...

Beləliklə, şair bu müayinə üsulundan imtina edir. Sonralar xəstəliyinin “sirroz” olduğunu öyrəndikdə şair bu misraları qələmə alır:

Arizi qəmlər əlindən ürəyim şişmiş idi,

Zənn edirdim edəcəkdir ona çarə ciyərim,

Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən

Başladı şişməyə indi üzü qarə ciyərim...

Getdikcə vəziyyəti ağırlaşan xəstə şairə yardım məqsədiylə "Molla Nəsrəddin" jurnalı 1911-ci ilin 14-cü sayında maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndərirlər. Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair əməlliyata razı olub Bakıya gəlir. Lakin həkimlər əməliyyatın da artıq heç bir fayda verməyəcəyini söyləyərək, ona Şamaxıya qayıtmağı məsləhət görürlər. Ömrünün son günlərində qəzetə verdiyi müsahibədə şair deyir:

- Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım.

Allah böyük Mirzə Ələkbər Sabirə rəhmət eləsin!

Просмотров: 59 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Май 2023  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz