Вторник, 21.05.2024, 01:53
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2023 » Май » 10 » Hər işdə bir xeyir var..
14:54
Hər işdə bir xeyir var..

Bir gün okeanda gəmi qəzaya düşərək batır. Gəmidən sağ xilas olan adamı dalğalar kiçik, kimsəsiz bir adaya qədər sürüyür.

Adam ilk günlər xilas olmaq üçün Allaha yalvardı və kömək taparam ümidiylə üfüqə baxdı. Amma nə gələn oldu, nə gedən…

Daha sonra küləkdən, yağışdan və zərərli heyvanlardan qorunmaq üçün ağac budaqlarından və yarpaqlardan bir daxma düzəltdi.

Sahildə tapdığı, gəmidən qalan konserv, kompas kimi əşyaları bu daxmaya qoydu.

Günlər həmişə eyni şəkildə keçirdi. Balıq ovlayır, bişirib yeyir və üfüqü müşahidə edir, xilas olması üçün Allaha dua edirdi. Bir gün şirin su gətirmək üçün yürüyüşə çıxır və geri döndüyündə daxmasının alovlar içində yandığını görür.

Tüstü rəqs edə edə göyə yüksəlirdi. Bu onun başına gələ biləcək ən pis şey idi.

Kədər və hirs içində donub qalır.

İndi bu kimsəsiz adada, başını soxa biləcəyi bir daxma belə qalmamışdı. "ALLAHım, bunu mənə necə edə bildin?" deyə fəryad edir. O, gecəni kədər və üzüntü içində keçirdi. O qədər dua etdiyi halda, başına bu hadisə gəldiyi üçün ALLAHa sitəm etdi.

Ertəsi səhər erkən saatlarda, adaya yaxınlaşmaqda olan bir gəminin fit səsiylə oyandı!

Əldən düşmüş adam onu xilas edənlərdən soruşdu:

"Mənim burada olduğumu necə anladınız?"

Cavab onu həm çaşdırdı, həm də utandırdı:

"Tüstü ilə verdiyiniz işarəni gördük!"

Bəzən başımıza gələn pis hadisələr ALLAHın bizə bir lütfü ola bilər..

Odur ki,hər şeyə səbr edib, şükr etmək lazımdır..

Hər işdə bir xeyir var..

Bizim üçün ən yaxşısını ALLAH bilir..

Все реакции:

1Kəmalə Yusibova Ismayılova

Просмотров: 39 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Май 2023  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz