Вторник, 21.05.2024, 05:28
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2013 » Май » 10 » Heydər Əliyev 90
14:06
Heydər Əliyev 90

                          "Sən həmişə  bizimləsən"

    Bu gün təkcə Azərbaycan yox,bütün türk dünyası ulu öndər Heydər Əliyevin doğum gününü qeyd edir.

  Ulu öndər  H.Əliyevin 90 illik  yubileyi münasibətilə  "Sən həmişə bizimləsən” adlı ədəbi-bədii kompozisiya bizim məktəbdə də keçirildi.

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər,görkəmli siyasət və dövlət adamları çox olmuşdur.Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi,dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. ‎‎1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən ‎sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq ‎fakültəsində təhsil almışdır. Başlanan müharibə ona ‎təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941-ci ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Dövlət Təhlükəsizliyi komitəsi sədrinin müavini,1967-ci ildə isə sədri vəzifəsində işləmiş,general-mayor rütbəsinə qədər yüksəlmişdir.

Azərbaycan Komunist Partiyası Mərkəzi komitəsinin 1969-cu il iyul Plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.

1982-ci ildən Moskvada yüksək vəzifələrdə işləyən Heydər Əliyev 5 ildən sonra 1987-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi komitənin baş katibi Mixail Qarbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa vermişdir.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının cəzalandırılmasını tələb etmişdir.

1991-ci ildə Mərkəzi Komitə rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

Deyirlər insana adı Allah verir.Bu doğrudur.Çünki "Heydər" sözünün mənası da bunu təsdiq edir.Mənası "igid","cəsur" deməkdir.Müdriklərimiz demişlər:"Dünyanın bütün ağırlığı qeyri-adi adamların çiyinləri üstündədir".Qeyri-adilər olmasaydı,dünya da adi olardı.Belə dünyada yaşamağa dəyərdimi?

Qan yaddaşımıza həkk olunan 20 Yanvar,Xocalı soyqırımı,Vətənimizin başına gətirilən saysız-hesabsız müsibətlər hər birimizin qəlbini dərindən göynədir.Məsum körpələrin erməni süngüsündə "bayrağa"çevrildiyi,qız-gəlinlərimizin əsir düşdüyü,Şuşa,Xocalı,Kəlbəcər,Ağdam,Zəngilan,Laçın və Füzulinin düşmən tapdağında inlədiyi bir vaxtda bu xalqın,bu yurdun imdadına Heydər Əliyev çatdı.Onu Azərbaycan xalqı-Odlar ölkəsi çağırdı.

Çünki düşdüyü bəladan onu ancaq Heydər Əliyev çıxara bilərdi.

İnsan öz tanrısından həmişə üç şey diləyir:"Güc,səbir və bir də müdriklik".Hər üç əlamət bu dahi şəxsiyyətdə cəmlənmişdi.Xalqının harayına "hay" verdi.Xalqının çağırışını eşidib "Simurq" quşu kimi özünü xalqına yetirdi.Vətən göylərində günəş kimi parladı,müdrik Qorqud kimi xalqının önündə dayandı."Öndər" adını qazandı.

Tarixdə yeni bir səhifə açıldı.1993-cü il 3 oktyabr.Ümumxalq səs verməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi."Prezident andı "içdi,üçrəngli bayrağı,müqəddəs "Quran"ı öpdü.Məkkədə Allahdan güc,kömək istədi,dini ocaqları-Məşhədi,Kərbəlanı ziyarət etdi,haqqa tapındı.Məsuliyyətlə dərk etdi ki,o,sinəsi şəhid yaralı,alimi susdurulan,ziyalısı yandırılan bir ölkənin-Azərbaycanın oğludur.

Heydər Əliyev ən çətin anda böyük dayağa-xalqa söykəndi.Bildi ki,xalqa söykənən dağa söykənir,xalqdan güc alan basılmaz,yenilməz olur.Prezidentimiz igid və cəsur olduğunu öz əməlləri ilə,diplomat olduğunu rəsmi görüşləri ilə,güclü siyasətçi olduğunu rəsmi sənədlərlə, xalqla birgə olduğunu, millətin qəlbində doğma, əziz bir insana çevrilməyini əyani formada sübut etdi.

Heç bir zaman dəyərini itirməyəcək,yaddaşlarda qalacaq kəlamlar söylədi.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.Dekabrın 12-də Azərbaycanın ümummilli lideri,Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.Heydər Əliyev bir çox dövlət orden və medallara,beynəlxalq  mükafatlara layiq görülmüş,müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir.

Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar.Müasirləri onun gördüyü işləri hələ layiqincə dəyərləndirməyiblər.Onun yer üzünə nə üçün gəldiyini və kim tərəfindən göndərildiyini tam dərk edə bilmək üçün hələ olduqca az vaxt keçib.XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə  hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.

H.Əliyev  ömrünün 81-ci ilində dünyasını dəyişdi. Millətə və dövlətə xidmətə həsr olunmuş mənalı bir ömür başa çatdı. O, ömrünün 81-ci ilində  müdriklik, ağsaqqallıq zirvəsində bizi tərk etdi. Amma o, cismən bizdən ayrılıb. H.Əliyev  öz ideyaları, hələ başa çatdıra bilmədiyi işlərlə, Azərbaycanın 10, 20, 50, 100 il sonrakı gələcəyini görən böyük planları, arzuları ilə daima bizimlə olacaq.

    Ulu öndərin bir arzusu vardı:Torpaqlarımızı düşmən tapdağından azad etmək.Bu gün onun yolunu layiqincə davam etdirən,bütün sahələrdə uğurlu islahatlar aparan Heydər Əliyevin layiqli varisi İlham Əliyev var.

Biz inanırıq ki,İlham Əliyevin uzaqgörən və ağıllı siyasəti nəticəsində "Qarabağ bülbüllərinin şən səsi yenə də Şuşa dağlarında göylərə ucalacaq.Dədə Ələsgər,Üzeyir bəy,Dədə Şəmşir və Xan qızı Natəvanın dustaq məzarları asudəlik tapacaq,mərmilərdən ləçəkləri parça-parça olmuş Xarı bülbül,Sarı bülbülə qarışacaq,müqəddəs üçrəngli bayrağımız Kirs dağın zirvəsində əzəmətlə,qələbə əzmi ilə dalğalanacaqdır.

 

 

Просмотров: 446 | Добавил: mekteb | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 B.Vusale 5a  
0
sen hemiwe bizimlesen!!!

Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Май 2013  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz