Вторник, 21.05.2024, 11:36
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 3
Гостей: 3
Пользователей: 0
Форма входа

Главная » 2021 » Январь » 26 » Məhsəti Gəncəvi
10:09
Məhsəti Gəncəvi

Məhsəti Gəncəvinin əsl adı Mənicə imiş. Deyilənlərə görə, Səlcuq hökmdarı Sultan Səncərlə söhbətlərinin birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir: “To, meh-həsti”. (Sən hamıdan böyüksən). Başqa mənbədə Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi bir rübainin çəkdiyi bildirilir: “Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bulanmasın”. Sultan bu rübaini eşitdikdən sonra şairəni “Mə-histi” (Ən böyük) adı ilə mükafatlandırmış və onu öz yaxın əhatəsinə qəbul etmişdi.

Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərinin “Nəticə” adlanan hissəsində irəli sürülmüş fərziyyəyə görə, “Məhsəti” “mah” və “səti” olmaqla iki sözdən ibərətdir və “böyük xanım” anlamına gəlir. Nəhayət, başqa bir ehtimala əsasən, bu ad “mah” və “səti” (Ay xanım) sözlərindən düzəlib. (Nizami Gəncəvinin Məhin Banusu (“Xosrov və Şirin“) da bunun analoqudur).

Beləliklə də, “meh-həsti” və ya “mə-histi” “Məhsəti”yə çevrilərək şairin təxəllüsü olur.

Bəzi mənbələrə görə, Məhsəti Gəncəvi qadın yox, kişi olmuş, yaxud bu adda konkret şəxs olmamışdır. Ümumiyyətlə, Məhsəti Gəncəvi haqda ziddiyyətli məlumatlar çoxdur.

Просмотров: 151 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Январь 2021  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz