Вторник, 30.04.2024, 15:55
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2023 » Декабрь » 14 » " Milli şeir ” günü
08:17
" Milli şeir ” günü

Sevdiyi qıza görə sürgün edildi, İran şahına boyun əymədi – Şəhriyarın Azərbaycana gəlişinə kimlər mane oldu?

Böyük azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyar haqqında maraqlı faktlar.

Əsl adı Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi olan Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib.Məşrutə inqilabı illərində ailəsi Şəhriyarı Heydərbaba dağının ətəyində yaşayan nənəsinin yanına yollayır. İnqilab yatışandan sonra o, ailəsinin yanına geri qayıdır.Şəhriyarın ədəbiyyata marağı uşaqlıq illərindən başlayıb. Burada onun valideynlərinin də rolu çox olub. O, 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə farsca şeirlər yazır. Hafizin, Məhəmməd Füzulinin qəzəllərini oxuyur və onlardan bəhrələnir.İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində alır. Behcət təxəllüsü ilə şeirlər yazmağa başlayır. Məhəmməd Hüseyn Tehranda olarkən Behcət təxəllüsünü bəyənmir və iki rəkət namaz qılır, sonra Hafizin kitabı ilə fal açır və bundan sonra özünə Şəhriyar təxəllüsünü götürür.

Şəhriyar Tehrana gəldiyi ilk günlərdən Ustad Əbulhəsən Səba ilə tanış olur, saz (setar) çalmağı və İran musiqisinin bir çox növlərini ondan öyrənir. Mədrəsə təhsili başa çatandan sonra Tehran universitetinin tibb fakültəsində təhsil alır.Tələbəlik illərində Sürəyya adlı gözəl bir qıza vurulan Şəhriyar o qıza şeirlər həsr edir. Deyilənlərə görə, həmin vaxt Sürəyyanı şahın qohumlarından olan başqa bir nəfər də sevir. Qızın və şahın qohumları Şəhriyara təzyiq etməyə başlayırlar. Universitetin son kursunda şah rejimi onu Nişapura sürgün edirlər. Sevgilisi üçün bəstələnən şeirlərin içərisində ən məşhuru "Yar qasidi" şeiri olub ki, sonralara şair bu şeiri ağlaya-ağalaya məclislərdə deyib. Şəhriyar sevgisini belə ifadə edib:

"Sürəyyanın eşqi olmasaydı men şair yox, həkim olardım"...

Bəzi mənbələrdə isə Şəhriyarın sürgün edilməsinə səbəb kimi onun şah haqqında yazdığı qəsidədə şahı tənqid etməsi olub. 1937-ci ildə Şəhriyar sürgündən Təbrizə qayıdır.

Şəhriyar 1951-ci ildə ona böyük məşhurluq gətirən “Heydərbabaya salam” şeirini yazır. Bu poema sabiq Sovetlər Birliyi xalqlarının 90 faizinin dilinə tərcümə və çap olunur.

Şeirin Türkiyədə tanınmasının səbəbkarı isə Məmmədəmin Rəsulzadə olur.1952-ci ildə Şəhriyarın anası vəfat edir. Şair bundan bir il sonra Təbrizə gəlir və qohumları olan Əzizə Əmid Xaliqi xanımla ailə qurur. Bu evlilikdən Şəhrzad, Məryəm və Hadi adlı üç övlad dünyaya gəlir.

1967-ci ildə nəsx xətti ilə Quranı yazmağa başlayır və onun üçdə bir hissəsini tamamlayır.

Şəhriyar azərbaycanlı şair və yazıçılarla tez-tez məktublaşır, yazışır. Molla Pənah Vaqifin 250 illik yubileyinə gəlməyi planlaşdırsa da, buna mane olanlar da tapılır. Yazıçılar Birliyi onun Bakıya gəlişi üçün dəvətnamə göndərir. Amma dəvətnamə Şəhriyara yox, başqa birinə çatır. Bu səbəbdən də Şəhriyar çox arzulasa da, Azərbaycana gələ bilmir. Onun gələ bilməməsindən məyus olan həmkarı Məmməd Araz “Gəlmədi” adlı şeir də yazır.1974-cü ildə Şəhriyarın həyat yoldaşı Əzizə xanım dünyasını dəyişir. Şair bu hadisədən çox sarsılır. Özünü yaradıcılıq və ədəbiyyatla ovutmağa çalışır.

Ustad ömrünün son illərində Tehranda yaşayır. Amma çox istəyirdi ki, Şiraza gedib Hafizin məqbərəsinin yaxınlığında yaşasın. Bu istək onun “Ey Şiraz” və “Dər barqahi Sədi” şerlərində öz əksini tapıb. Amma sonralar bu fikrindən dönür. Tehranda yaşamaqdan yorulduğu üçün hara gedəcəyi barədə bir qərara gələ bilmir. Bir gün isə o, heç kəsə, hətta ailəsinə də bildirmədən Tehrandan Təbrizə köçür.

Ömrünün son günləri Tehranın Mehr xəstəxanasında yatır. 1988-ci il sentyabrın 18-də o, ağciyər iltihabı və ürək çatışmazlığından dünyasını dəyişir. Öz vəsiyyətinə görə Təbrizdəki Surxab qəbiristanlığında “Məqbərətüş-şüəra”da (“Şairlər məqbərəsində”) dəfn edilir. Onun ölümü İranda “Milli şeir” günü kimi qeyd olunur

Просмотров: 18 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Декабрь 2023  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz