Пятница, 17.05.2024, 17:33
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Форма входа

Главная » 2023 » Декабрь » 5 » Milyonçu Murtuza Muxtarovun evi
08:44
Milyonçu Murtuza Muxtarovun evi

Bakıda məşhur tarixi binalardan biri olan Səadər sarayı və ya Muxtarovun evi 1911-12-ci illərdə milyonçu Murtuza Muxtarovun osetin mənşəli həyat yoldaşı Yelizaveta Tuqanova üçün inşa etdirdiyi saraydır. Qotik üslubunda tikilən sarayın layihə müəllifi polyak əsilli tanınmış memar İosif Ploşkodur...

Səadət sarayı Bakıda tarixi yaxşı araşdırılmış azsaylı binalardan biridir. Bu bina haqqında Rusiya mətbuatında da müxtəlif dövrlərdə 50-yə yaxın məqalələr dərc edilib. Məşhur milyonçu Murtuza Muxtarov həyat yoldaşı Liza xanımı həddən ziyadə çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər" deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy Liza xanıma heç nə demir. Bakıya qayıtdıqdan sonra Venesiyaya adam göndərərək həmin binanın dəqiq surətini əks etdirən çertyojlarını gətizdirir. 1912-ci ildə binanın tikintisi başa çatır. Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytonla həmin binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini biləməyən Liza xanım binanın qarşısında qulluqçularının onu qarşıladığını görüncə və sarayın ona bağışlandığını eşidincə sevincinin həddi-hüdudu olmur. Bakı milyonçusu bu sarayda xanımı ilə 1920-ci ilə qədər yaşayır. Liza xanımın övladı olmadığı üçün Bakıda qızlar pansionu açır və təskinliyini qızlara qayğı göstərməkdə tapır...

1920-ci ilin aprelində Rusiya Azərbaycanı işğal etdikdən ber neçə ay sonra bir gün saraya üç rus zabiti gəlir. Onlar kobud formada Murtuza Muxtarova binanın sovet hökuməti tərəfindən müsadirə edildiyini deyir və sarayı tərk etmələrini əmr edir. Bunu özünə qarşı rüsvayçılıq və təhqir hesab edən Muxtarov evə keçib naqanını götürür, əvvəlcə zabitləri, sonra isə özünü güllələyir. Bu hadisədən sonra Bakıda yaşaması günü-gündən çətinləşən Liza xanım Türkiyəyə gedir. 1950-ci ildə vəfat edənə qədər orada yaşayır...

Bakının işğalından sonra bina əvvəlcə Qadın klubu, sonra Şirvanşahlar muzeyi, daha sonra isə uzun illər Nikah evi kimi istifadə olunur. 2007-2012-ci illərdə binada əsaslı təmir və binanı ilkin orijinal görkəminə qaytarmaq üçün bərpa işləri aparılaraq, binanın konstruksiyası müasir materiallarla gücləndirilib və 9 bal gücündə zəlzələyə davamlı hala gətirilib. Bərpa zamanı binanın təkcə interyerində 12.500-dən artıq bəzək elementləti bərpa olunub. Bina "Ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidəsi" siyahısına daxil edilib. Saray Bakının mərkəzində, Murtuza Muxtarov və Əhməd Cavadın adını daşıyan küçələrinin kəsişməsində yerləşir. Hazırda bina təyinatına görə planlaşdırilmiş iki hissədən ibarətdir. Birinci hissədə İşgüzar Görüş evi, ikinci hissədə isə VVAQ fəaliyyət göstərir...

Просмотров: 16 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Декабрь 2023  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz