Вторник, 21.05.2024, 06:31
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Форма входа

Главная » 2020 » Сентябрь » 16 » Müəllimi uşaqlardan tanıyarlar
21:19
Müəllimi uşaqlardan tanıyarlar

Valideynlər oğulları üçün yaxşı məktəb və yaxşı müəllim axtarırdı.

Nəhayət ki,onlar ən yaxşı müəllimi seçdilər.

Səhər baba nəvəsini məktəbə apardı.

Məktəbin həyətinə girən kimi uşaqlar onları əhatəyə aldılar.

-Necə də gülməli qocadır-deyə oğlanlardan biri gülməyə başladı.

-Ey,balaca gombul-digəri üzünü turşutdu.

Uşaqlar baba və nəvənin ətrafında qışqırır,qaçışırdılar.

Bu zaman müəllim zəngi çalaraq,dərsin başladığını elan etdi,uşaqlar qaçıb getdilər.

Baba çox qərarlı şəkildə nəvəsinin əlindən tutub,məktəbin həyətindən çıxdı.

-Mən məktəbə getməyəcəm?-oğlan soruşdu.

-Gedəcəksən,amma buna yox-baba acıqla cavab verdi-Mən özüm sənə məktəb tapacam.

Baba nəvəni evə apardı,nənənin ixtiyarına verib,ən yaxşı müəllim axtarmağa getdi.

Məktəb görən kimi,həyətinə girir və müəllimin uşaqları tənəffüsə nə zaman buraxacağını gözləyirdi.

Məktəblərin bəzilərində uşaqlar qocaya fikir vermirdi,bəzilərində isə onu cırnadırdılar.

Baba dinməzcə çevrilib gedirdi.

Nəhayət,balaca bir məktəbin kiçik həyətinə daxil oldu,yorğun halda hasara söykəndi.

Zəng çalındı,uşaqlar həyətə səpələndilər.

-Baba,özünüzü pis hiss edirsiniz,su gətirim?-deyə səs eşidildi.

-Həyətimizdə oturacaqlar var,zəhmət olmasa oturun -bir oğlan təklif etdi.

-İstəyirsiz müəllimi çağırım?-başqa bir uşaq soruşdu.

Tezliklə həyətə cavan müəllim daxil oldu.

Baba salamlaşdı və dedi:

-Nəhayət,mən nəvəm üçün ən yaxşı məktəbi tapdım.

-Siz yanılırsız,baba,bizim məktəbimiz ən yaxşı deyil.O balacadır və dardır.

Qoca mübahisə etmədi,müəllimlə razılığa gəldı və getdi.

Axşam uşağın anası babadan soruşdu:

-Ata,Sizin savadınız yoxdur,nəyə əsasən ən yaxşı müəllimi tapdığınızı düşünürsüz?

-Müəllimi uşaqlardan tanıyarlar.-deyə baba cavab verdi.

Просмотров: 219 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Сентябрь 2020  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz