Вторник, 21.05.2024, 09:22
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Форма входа

Главная » 2013 » Март » 22 » Novruz bayramı
13:30
Novruz bayramı

Novruz bayramı

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

Novruz  bayramı  Nuh peyğəmbərin adı ilə bağlı olaraq "Nuhun ruzisi”, qisaldilmiş halda isə "Nuh Ruz" kimi başa düşülməlidir.

 

Novruz bayramında çərşənbələr

Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - suodtorpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur .

Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara   tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.

İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.

Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.

Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar.

 

Novruz adətləri

1.   Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.

2.   Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın".

3.   Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.

4.   Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.

5.   Yumurta döyüşdürmək. Oyunun nəticəsində Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.

6.   tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.

7.   Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.

8.   Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.

9.   Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.

10. Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.

11. Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.

12. Novruz oyunları oynamaq. Məsələn, ənzəli.

 

Novruz Azərbaycanla yanaşı İrandaTürkmənistandaTacikistandaÖzbəkistandaPakistandaQazaxıstandaQırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.

 

Просмотров: 380 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Март 2013  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz