Вторник, 21.05.2024, 10:39
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2020 » Июнь » 2 » Qızıl meyvələr
10:55
Qızıl meyvələr

Bir nəfər o qədər ac olur ki , məcbur qalıb bir armud oğurlayır.Onu yaxalayıb məhkəmə qarşısına çıxarırlar. Adam hakimə deyir :

- Dəyərli hakim. Mən çox ac idim. Dözə bilməyib bir armud oğurladım.Əgər məni əfv etsəniz , sizə puldan da qiymətli bir hədiyyəm olacaq.

Hakim dodaqlarını büzüb dedi:

-Sənin bir qarnını doyurmağa pulun yoxdur, puldan qiymətli nə hədiyyən ola bilər?

Adam ovcunu açır , içindəki armud çəyirdəklərini göstərib, dedi:

-Bu çəyirdəyi əksəniz tez bir zamanda yetişib , qızıl meyvələr verəcək.

-Elədirsə , özün ək. Yetişsin , meyvəsini görəndən sonra səni bağışlayaram.

-Çənab hakim, mən oğruyam. Bu çəyirdəyi gərək ömründə bir dəfə də olsa oğurluq etməyən , heç kimin haqqını yeməyən , heç vaxt yalan danışmamış bir adam əksin. Əks təqdirdə həmin bu toxum onu əkəni zəhərləyər , sağalmaz xəstəliyə düçar edər. Ona görə bunu ancaq siz əkə bilərsiz.

Hakim söhbətin bu yerə çatacağını gözləmirdi. Odur ki , yayınmaq üçün deyir:

- Mən hakiməm , bağban deyiləm. Qoy bu toxumu başqa biri əksin.

İçəridə olan hər kəs müxtəlif səbəblər gətirib bu toxumu əkməkdən boyun qaçırdılar.

Hakim çox düşündü. Sonra cibindən bir qızıl çıxarıb oğruya tərəf atdı. Bunu görən hər kəs cibindən bir qızıl çıxarıb oğruya verdi. Hakim bütün bu hərəkətləri oğrun - oğrun izlədi. Sonra oğruya dedi:

- İndi tez burdan get . Sən bizim hamımıza yaxşı dərs verdin.

Просмотров: 272 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Июнь 2020  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz