Среда, 22.05.2024, 00:47
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2019 » Март » 11 » Qum – həyatın xırdalıqlarıdır
10:14
Qum – həyatın xırdalıqlarıdır

Fəlsəfə professoru mühazirədən əvvəl auditoriyaya gəlir və masanın üstünə müxtəlif əşyalar yığır. Dərs başlayanda isə sakitcə böyük boş bankanı götürüb içinə böyük daşlar yığır və tələbələrdən soruşur: 
- Banka doludur?
- Bəli! – deyə tələbələr razılaşır.
Professor xırda daşlarla dolu qutunu çıxarır və onları da həmin bankaya tökür. 
O yenidən tələbələrə üz tutur: 
- Banka doludur?
Tələbələr gülür və bankanın dolu olduğunu deyirlər. 
Professor qumla dolu qutunu çıxarır və içindəki qumu bankaya tökür. Təbii ki, qum bankadakı boşluqları doldurur.
Bundan sonra professor yenidən tələbələrdən bankanın dolu olub-olmadığını soruşur.
Tələbələr artıq bankanın tam dolduğunu deyir. 
- İndi istəyirəm biləsiniz ki, bu, bizim həyatımızdır. Daşlar vacib olan şeylər – ailəniz, dostlarınız, uşaqlarınız, sağlamlığınızdı. Əgər bütün digər şeyləri itirsəniz, həyatınız dolu olaraq qalar. Xırda daşlar həyat üşün əhəmiyyətli olan digər amillər – iş, ev, avtomobildir. Qum – həyatın xırdalıqlarıdır. Əgər siz bankaya əvvəl qumu töksəniz, iri və xırda daşlar üçün yer qalmayacaq. Həyatda da belədir. Əgər bütün enerjinizi xırda şeylərə sərf etsəniz, vacib olan şeylərə vaxtınız olmayacaq. Xoşbəxtliyiniz üçün vacib olan amillərə diqqət yetirin. İlk növbədə daşlara qayğı göstərin, prioritetlərinizi müəyyən edin. Qalan şeylər ancaq qumdur...

Просмотров: 236 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Март 2019  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz