Среда, 22.05.2024, 01:43
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2016 » Июнь » 1 » Əsrin texnologoyası olan Li-Fi nədir?
09:21
Əsrin texnologoyası olan Li-Fi nədir?
Cisco firmasının məlumatlarına göre 2020-ci il etibariylə 1,7 milyard cihaz Wi-Fi ilə birbirinə bağlantı quracaqlar. Kablosuz məlumat trafikinin bu sürətlə böyüməsi baş verdikdə 2025-ci il üçün böyük bor problemlə qarşılaşmağımız gözlənilməzdir. Wi-Fi frekansları bu böyük tələbi qarşılamaya bilər. Belə olarsa bəs necə edilməlidir? 
 
Bu sual çox düşündürücüdür. Lakin bilinən daha bir texnologiya var. Li-Fi! Bu işıq üzərindən məlumat ötürülməsidir. Bəs bu bağlantı bizlərin tələbatın ödəyə bilərmi?
 
Wi-Fi şəbəkəsi məlumatları bildiyimiz radio dalğaları üzərindən ötürür. Li-Fi isə bu vəzifəni yerinə yetirərkən işıq dalğalarından istifadə edir. Aparılan yoxlamalar zamanı Li-Fi ilə 1GBps sürət əldə edilmişdir. Qarşılaşdırma üçün vurğulayım ki, bu Wi-Fidən 100 qat daha güclüdür.
 
Li-Fi texnologiyası təyyarələrdə, avtomobillərdə, günəş panellərində, atom stansiyalarında, xəstəxanalarda, evlərdə və iş yerlərində istifadə edilə bilinəcək.
 
Belə olduqda daha bir termin meydana çıxır. VLC. Bəs bu VLC nədir?
 
Li-Fi Görünə bilən İşıq Əlaqəsi (Visible Light Communication) və ya qısaca VLC adlanan bir texnologiyadan faydalanır. Morz kodlamasına bənzər formada çalışan bu texnologiya  LED-lər yolu ilə insanlar tərəfindən müəyyən edilməsi mümkün olmayan, lakin işıq spektrumunda görünən fotonları idarə edərək işləyir.
 
Li-Fi şəbəkəsi necə yaradılır? İşıq üzərindən əlaqə mümkündürmü?
 
Bu tarix boyu hər kəsi düşündürən bir sual olub. Yaxşı bilirsiniz ki, işıq sürətindən daha böyük sürət hələ ki, elmə məlum deyil. 
 
Li-Fi hər birimizin bildiyi elektrik lampasına bənzər bir cihazdır. İşıq sürətində olmasına və lampaya bənzəməsinə baxmayaraq gözə görünməyən fotonları idarə etməklə məlumat alış-verişi mümkün olur. Bəs Li-Fi istifadə etmək istəyən cihazların hansı texniki xüsusiyyətə ehtiyacı olacaq? - deyə sualınızı duuymuş kimiyəm. Cavab sadədir: Li-Fi istifadə edən cihazların, telefon və tabletlərin gələn işıq selini oxuyacaq bir fotosensora ehtiyacları var. Bununla da cihazlar bir-birini tanıya bilir. Bu qədər sadə...
 
Bu arada Li-Fi kimi texnologiyanın icad edilməsini edən insana da minnətdar olmaq istəyənlərimiz ola bilər. Bu böyük texnologiyanı Edinburq Unversitetinin (University of Edinburgh) professoru Harold Haas icad etmişdir. 2011-ci ildə Li-Fi haqqında ilk mühazirələrini söylədikdən bir az sonra şəxsi pureLi-Fi şirkətini qurdu. pureLi-Fi daha sonra LED istehsal edən Lucibel ilə birlikdə müştərək layihə üzəində işləməyə başladılar. Bu ilin (2016) sonlarına kimi ilk Li-Fi dəstəkli lampanın satışa çıxarılması da gözlənilir. Bu araşıdırma indiyə kimi çox şirkətlər tərəfindən aparılmışdır. Bunlara Oledcomm, LG, Philips, Samsung, Toshiba, Sharp, Panasonic, Cisco, Rolls Royce kimi brendləri göstərə bilərik. Bu baxımdan Li-Finin çox önəmli bir icad olduğun anlamaq lazımdır.
 
Bi texnologiyanı çox dəyərləndirsək də, yenə də əksiklikləri də var. Ən önəmli məhdudiyyətlərindən biri cihazın işıq qaynağını görməyə ehtiyacı olmasıdır. Digər bir mənfi xüsusiyyəti isə bu texnologiyanın günəş işığında və ya hədsiz işıqlandırılmış məkanlarda istifadə edilə bilinməməsidir. Həmçinin, Wi-Finin əksinə olaraq Li-Finin fiziki məhdudiyyətləri məlumatın tək istiqamətdə daşınmasına imkan vermir. Ancaq bunlara görə Li-Fi texnologiyasın lazımsız saymaq olmaz. Qarşılaşdırma üçün ilk telekomnikasiya peyklərini göstərə bilərəm ki, o zamanlar bu peky cihazları da məlumat göndərmək üçün çevirməli bağlantıdan faydalanırdılar. AZVAPA olaraq hesab edirik ki, gələcəkdə Wi-Li-Fi kimi bir texnologiya hazırlayacaqlar və bu halda bəzi çatışmamazlıqlar aradan qalxacaq.
 
Sonda onu da bildirək ki, Wi-Fi də öz yüksəlişini yaşayır. Belə olan halda Li-Fi bizə Wi-Finin imkanları tükəndiyi yerdə lazım ola bilər. Məsələn, Wi-Fi dalğaları ilə dolu olan məkanlarda Li-Fi istifadə edilə bilər.
Просмотров: 279 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Июнь 2016  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz