Şuşanın
İşğalından 21 İl Keçir
Şuşa Şəhərinin
Statistikası
Yaranma tarixi - 08. 08. 1930
Ərazisi - 0,29 min kv. km
Əhalinin sayı – 27,2 min nəfər (1 yanvar
2007-ci il)
Əhalinin sıxlığı – 1 kv. km 94 nəfər (1 yanvar
2007-ci il)
Kəndlərin sayı - 31
İri və orta muəssisələrin sayı - 12
Umumtəhsil məktəblərinin sayı - 25
Texniki, orta ixtisas və peşə məktəblərinin
sayı - 5
Xəstəxanalar və tibb muəssisələrinin sayı - 2
Mədəniyyət ocaqlarının sayı - 70
Şuşa rayonu ilə Bakı arasında olan məsafə -
373 km
Rayon 8 may 1992-ci ildə ermənilər tərəfindən
işğal edilmişdir.
Məktəbəqədər uşaq muəssisələrinin sayı – 7
Şuşa Şəhərinin Tarixi Haqqında Qısa Məlumat
Ətraf səfalı meşələr, sərin bulaqlar, havası
uşaq məsun qəlbi kimi pak olan Şuşanın yaşı cox deyilsə də tarixi bir şəhərdir.
Şuşa şəhərinin binasını Qarabağlı Pənah xan qoymuşdur. Pənah xan 1693-cu ildə
Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdur. Pənah xan gənc yaşlarından
İran şahı Nadirin ordusunda xidmət edərək qəhrəmanlıqla ad cıxarmışdır. Onun
igidliyini nəzərə alan Nadir şah Pənah xanı ordularından birinə sərkərdə təyin
etmişdir. Lakin, Pənah xanın paxıllığını cəkən saray əyanları Nadir şahı inandırdılar
ki, guya Pənah xan şahı oldurub İran taxtına sahib olmaq istəyir. Nadir şah bu
yalan xəbərə inanıb Pənah xanın qardaşını oldurur. Vəziyyəti belə gorən Pənah
xan şah sarayından qacır.
1747-ci ilin iyunun 19-da saray cəkişmələri nəticəsində
Nadir şah Əfşar oz cadırında xaincəsinə olduruldu. Nadir şahın olumundən sonra
İran dovləti parcalanır. Bu vaxt Azərbaycanda Gəncə, Şəki, Şirvan, Bakı və
başqa xanlıqlar yaranır. Pənah xan da Qarabağda Cavanşirlər, Otuzikilər və s.
turk tayfalarının koməyi ilə Qarabağ xanlığının əsasını qoydu.
Pənah xan İran tərəfdən gec-tez Qarabağ
xanlığına hucum ediləcəyini duşunub alınmaz bir qala tikməyi qərara aldı. Belə
bir qala yeri tapmaq ucun xanın bir necə nəfər bilici və məlumatlı adamı dağ
silsilələrini gəzib indiki Şuşa şəhərinin yerləşdiyi yeri tapırlar.
Beləliklə 1750-ci ildə Qarabağın ən səfalı guşəsində,
uca dağ qoynunda yeni qalanın bunovrəsi qoyuldu. Pənah xan Təbriz, Ərdəbil və
başqa şəhərlərdən məşhur ustalar gətirtdi və hasarın icərisində yeni binalar və
ozu ucun saray tikdirdi.
Pənah xan qalanın Şimal və Şərq hissəsini yuksək
hasar ilə əhatə etdirdi. Qalanın «İrəvan» və «Gəncə» adlı iki mohkəm qapısı var
idi. Qapılar səhərlər acılar, axşamlar isə bağlandıqdan sonra kimsə şəhərə
buraxılmazdı. Yerli əhali şəhəri Pənah xanın şərəfinə olaraq «Pənahabad»
adlandırdılar. Bu ad ilə də o dovrdə Azərbaycan xanları arasında birinci dəfə
olaraq 15 qəpik qiymətində gumuş pul kəsilməyə başladı.
Bəzi tarixcilərin dediyinə gorə Şuşa şəhəri
hundur qayalıqlar uzərində yerləşdiyindən, şəhərin adı da elə buradan - Şiş,
uca sozundən goturulub.
Pənah Əli
xanın olumundən sonra oğlu İbrahim Xəlil xan 1760-cı ildən 1806-cı ilədək
Qarabağın hakimi oldu. 1795-ci ildə İran şahı Ağa Məhəmməd şah Qacar Şuşanı
işğal etmək məqsədilə yaxın qohumu Suleyman xanın komandası altında Şuşa şəhərinə
8 minlik ordu gondərdi. Suleyman xan Şuşa ətrafında boyuk məğlubiyyətə ducar
olaraq 20 nəfərlə guclə canını qurtardı.
Bu hadisədən bir qədər sonra, yəni 1795-ci
ilin avqust ayında Ağa Məhəmməd şah Qacar 85 minlik ordu ilə Xudafərin korpusu
ilə Araz cayını kecərək Şuşa uzərinə hucuma kecdi. İbrahim xan şəhərin mudafiəsinə
ozu rəhbərlik edirdi. O, az bir vaxt icərisində 15 min nəfərlik qoşun toplaya
bilmişdi. Ağa Məhəmməd şah Şuşaya yaxınlaşaraq onu uzuk qaşı kimi muhasirəyə
almışdı. Fransız zabitlərinin komandanlıq etdiyi duşmən topları Şuşanı 30 gun
atəşə tutdu. Qacarın qoşunu şəhərə bir necə dəfə hucuma kecdi, nə duşmən
toplarının dolu kimi yağdırdığı mərmiləri nə də, sərbazların nizələri şəhərin
istehkamlarını dağıda bilmədi. Ağa Məhəmməd şah şəhəri 33 gun muhasirədə
saxladısa da xalqın iradəsini qıra bilmədi.
1797-ci ilin yazında Ağa Məhəmməd şah 100
minlik ordu ilə yenidən Şuşa uzərinə hərəkət etdi. Bu dovrdə Qarabağın vəziyyəti
cox ağır idi. 2 ildən bəri davam edən muharibə əhalini ağır vəziyyətə ducar
etmişdi. İbrahim xanın qoşunu aclığa davam etmir, qacıb dağılırdı. Belə bir vəziyyətə
ducar olan İbrahim xan oz ailəsi və yaxın qohumları ilə birlikdə Avar hakimi
Umma xanın yanına getdi.
Qala başlı-başına buraxıldığından Ağa Məhəmməd
şah hec bir muqavimətə rast gəlmədən şəhərə daxil oldu. Elə həmin gecə 12 may
1797-ci il tarixdə şah oz qapıcısı Səfərəli bəy və xidmətcisi Abbas bəy tərəfindən
olduruldu. Bu hadisədən sonra İran ordusu Qarabağdan geri cəkildi. 2 ay sonra
isə İbrahim xan yenidən Şuşaya qayıdır. 1806-cı ilin 2 iyun tarixində gecə
mayor Lisanovicin dəstəsi İbrahim xanın yaşadığı mənzilə gəlir və İbrahim xan
bir necə ailə uzvu və yaxın adamları ilə birlikdə qətlə yetirir.
XIX əsrin ikinci yarısından başlayaraq Şuşa şəhəri
Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafında muhum rol oynamışdı. Həmin
vaxtdan etibarən Şuşa ticarətinə sənətkarlığın və mədəniyyətin inkişafına və əhalisinin
coxluğunda gorə Azərbaycanda birinci və Zaqafqaziyada isə Tiflisdən sonra
ikinci şəhər sayılırdı. Təsadufi deyildi ki, o dovrdə Şuşaya «Bala Paris» adı
vermişdilər.
Şuşanın inzibati mərkəz olması onun iqtisadi cəhətdən
yaxşı inkişaf etməsi, həm də şəhərin fusunkar coğrafi movqeyi buranın uzun muddət
Azərbaycanın elm, poeziya, xususilə musiqi mədəniyyəti mərkəzi olmasına boyuk təsir
gostərmişdir. Azərbaycan xalqının mədəniyyət tarixində ilk dəfə olaraq teatr,
sirk tamaşaları, Avropa və Şərq konsertləri, musiqi, elm, maarif və bir cox sənət
məclisləri, bundan əlavə mətbəə, kitabxana, «Realnı» uciliş, «Qorodskoy»
uciliş, seminariya və bir sıra mədəni maarif muəssisələri Şuşada yaranmışdır.
Şuşada ilk teatr tamaşaları 1848-ci ildə gostərilmişdir. O zaman teatrda Mirzə
Fətəli Axundovun komediyaları oynanılırdı.
Şuşa Azərbaycanın mədəniyyət mərkəzlərindən
biridir. Şuşa sağlamlıq şəhəri, istedadlar məskənidir. Şuşanın Azərbaycana verdiyi
istedadları hec bir şəhər verməmişdir. Azərbaycan Respublikası Elmlər
Akademiyasının topladığı məlumata gorə XIX əsrdə Şuşada 95 şair, 22
musiqişunas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nusvəxənd, 5 astronom, 18
memar, 16 həkim, 42-yə qədər muəllim və s. olmuşdur.
Lakin tarixcilərin dediklərinə gorə bu ad
sonralar oz əhəmiyyətini itirərək şəhər «Şuşa Qalası» adlandırılmışdır.
1813-cu il oktyabrın 12-də Qarabağın Gulustan
kəndində İran şahı ilə Rusiya arasında sulh muqavilənaməsi bağlandı. Həmin
sulhun şərtlərinə gorə İran hokuməti bir necə xanlıqlarla bərabər mərkəzi Şuşa
şəhəri olmaqla Qarabağ xanlığının Rusiya hakimiyyəti altında qalmasını təsdiq
etdi.
XX əsrdə
Şuşanın bir kurort şəhəri kimi inkişafında Azərbaycan xalqının umummilli lideri
Heydər Əliyevin boyuk əməyi olmuşdur. Belə ki, H. Əliyev Azərbaycan KP MK-nin
birinci katibi təyin olunduqdan sonra Şuşanın inkişafı ilə əlaqədar bir sıra qərar
və sərəncamlar imzalamışdır ki, (Azərbaycan AP MK və Azərbaycan Nazirlər
Sovetinin 360 nomrəli 4 noyabr 1976-cı il tarixli «Şuşa şəhərində kurort
kompleksinin daha da inkişaf etdirilməsi sahəsində tədbirlər haqqında» qərarı,
Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280 nomrəli
«Bakı şəhərində «İcəri şəhər»in və Şuşa və Ordubad şəhərlərinin tarixi hissələrinin
tarix-arxitektura qoruqları elan edilməsi haqqında» qərarı, Azərbaycan SSR
Nazirlər Sovetinin 10 dekabr 1981 - ci il tarixli 629 nomrəli «Şuşa şəhərində Şəkil
Qalereyasının yaradılması haqqında» sərəncamı, Azərbaycan KP MK-nin və Azərbaycan
Nazirlər Sovetinin 01 noyabr 1978-ci il tarixli 413 nomrəli «1981-1985-ci illərdə
gorkəmli inqilabcılara, partiya, dovlət xadimlərinə və ictimai xadimlərə və
mühüm tarixi hadisələrə həsr olunmuş abidə və obelisklərin qoyulması sahəsində
işlərin başa catdırılması haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 31 iyul
1978-ci il tarixli 279 nomrəli sərəncamı) bunlar da şəhərin sosial-iqtisadi və
mədəni inkişafında muhum rol oynamışdır.
Lakin bədnam qonşularımız olan erməni millətcilərinin
təhriki ilə erməni-rus birləşmələri tərəfində 1992-ci il mayın 12-də Şuşanın
işğalı zamanı üç əsr ərzində şəhərdə ucaldılmış tarixi-memarlıq incəsənət və
dini abidələr darmadağın edilmiş, şəhər xarabazara cevrilmişdir. Müharibə
dövründə 197 şuşalı şəhid olmuş, 300 nəfər isə muxtəlif dərəcələrdə xəsarət
alaraq əlil olmuşlar.
Televiziya, radio, qəzet və digər kutləvi
informasiya vasitələri haqda məlumat
«Şuşa» qəzeti fəaliyyətinə 1932-ci ildə
başlamışdır. Həmin dovrdə qəzet Azərbaycan KP Şuşa Rayon XDS İcraiyyə Komitəsinin
orqanı olaraq «Kolxoz Bayrağı» adı altında nəşr olunmuş, 1969-cu ildən isə
«Şuşa» qəzeti adlanmışdır. Qəzet hal-hazırda Bakı şəhərində fəaliyyət gostərir.
«Şuşa» radiosu və «Şuşa» televiziyası Şuşanın
işğalı ilə bağlı fəaliyyətlərini dayandırmışlar.
Avtomobil, dəmir yolları haqda məlumat
Rayonun ərazisindən 77 km uzunluğunda III dərəcəli,
34 km uzunluğunda IV dərəcəli yollar keçir.
Şuşa Şəhərinin İşğalı
Azərbaycanın Şuşa şəhərinin işğalından 18 il
ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal
olunub.
1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri
Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya
zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin
minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə
verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.
Erməni mənbələrinin məlumatına görə, şəhərin
işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb.
O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib.
Ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq
amilindən istifadə edərək çaxnaşma yaradıblar və müdafiənin təşkilinə mane
olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən
özünümüdafiə qüvvələri və nizami ordu şəhəri tərk edib. Rusiya xüsusi bölmələrinin,
əsasən Laqodexidə (Gürcüstan) yerləşən xüsusi təyinatlı əsgərlərin ermənilərin
tərəfində döyüşdüyünü sübut edən faktlar var.
Qeyd etmək lazımdır ki, Şuşaya hücumdan bir
neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan
dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş
imzalamışdı.
Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş,
150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın
düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri,
70 yerlik turist bazası,1200 yerlik internat və s. dağıdılmışdır.
Ümumi sahəsi 29356 hektar olan Şuşanın ərazisi
müxtəlif müalicə əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklərlə zəngindir.
Qafqazın ən iri mineral bulaqlarından sayılan Turşsu və Şırlan məhz bu ərazidə
yerləşir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
bildiriblər ki, Şuşada ümumi ehtiyatı 1143 min kubmetr olan və işğala qədər
istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, 397 min kubmetr kərpic-kirəmid
istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları 50 min
kubmetr/gün olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik 60
min kubmetr/gün mineral su yataqları var. 1988-ci ildə Şuşa və Əsgəran ərazisində
nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət
Yasaqlığı 450 hektar ərazini əhatə edib. 1992-ci ildən işğal altında
qalan yasaqlıq hazırda tamamilə məhv edilib...
|