Пятница, 17.05.2024, 20:50
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2022 » Январь » 11 » Uşaqlar ərköyün doğulmur
19:13
Uşaqlar ərköyün doğulmur

Fatih Sultan Mehmet Xan uşaqkən çox ərköyün bir şagird idi.Dərs zamanı etdiyi ərköyünlüklə müəllimi Ağşəmsəddini hövsələdən çıxarardı.Müəllimi ona hirsləndiyi zaman dərhal: -"Mən Padşahın oğluyam! Mənə heç nə edə bilməzsən!" - deyib,onu təhdid edirdi. Padşaha şikayət etməyi ədəbsizlik sayan Ağşəmsəddin vəziyyəti II Murada izah edə bilmirdi. Ancaq gün gəldi ki,artıq kiçik Mehmetin etdiyi ərköyünlük və dəcəlliklər dözülməz hala çatdı. Bununla bağlı Ağşəmsəddin bir gün izn alıb II Muradın hüzuruna çıxdı.

-Padşahım,sizə xüsusu bir ərzim var.Ancaq söyləməyə həya edirəm - deyincə, II Murat : "Buyur,çəkinmədən izah elə!" - dedi.

Bu söz Ağşəmsəddini rahatlatdı və başladı hadisəni izah etməyə.

- Padşahım! Oğlunuz, ciyərparəniz Mehmet çox ərköyündür. Onun nadincliyi və ərköyünlüyü üzündən dərsini keçə bilmirəm. Özünə hirsləndiyim zaman da dərhal sizinlə məni təhdid edir, - deyincə, II Murat Ağşəmsəddinin yanına gələrək qulağına nəsə pıçıldadı. II Muradın qulağına söylədiyi sözləri eşidən Ağşəmsəddin çox təəccübləndi. Bu nə plan idi? Bu planı həyata keçirmək mümkün deyildi! Ağşəmsəddin planla bağlı narahatlığını padşaha bildirsə də, padşah onu dinləmədi və "bu iş olacaq" dedi.

Ertəsi gün yenə dərsdə Mehmet dəcəllik edirdi. Ağşəmsəddinin xəbərdarlığına yenə eyni, həmişəki təhdidlə cavab verdiyi zamanda padşah qəflətən qapını açıb içəri girir. Bu hadisə qarşısında Ağşəmsəddin qəzəbindən padşahın üstünə qışqırır və padşaha bir şillə vuraraq bu şəkildə sinfə girilməz olduğunu, icazə istəyib, sonra daxil ola biləcəyini deyib, dərhal çölə çıxmasını istəyir. Padşah pərt bir şəkildə, boynunu bükərək üzr istəyir və çölə çıxır.

Bu hadisə qarşısında Fatih Sultan Mehmetin nitqi tutulur, nə edəcəyini bilməyərək təəccüblə olanları izləyirdi. Güvəndiyi atasına şillə vurulmuş, Fatih Sultan Mehmet çaş-baş qalmışdı. Bir az sonra qapı döyülür və padşah peşman, xəcalətli şəkildə üzr istəyərək içəri daxil olur.

Plan möhtəşəm bir şəkildə işləmişdi. O gündən sonra Fatih Sultan Mehmet əsla dəcəllik, ərköyünlük etmədi.

Təhsilin nə olduğunu II Murat qədər olmasa da, ən azından öz uşağını səhv yollara düşməyəcək qədər dərk etmiş ana və atalara ehtiyac var. Unutmayaq: Uşaqlar ərköyün doğulmur; diplomlu, maaşlı amma savadsız valideynlər tərəfindən lazımsız əzizlənir.

, Sultan Mehmetin bu hadisədən əvvəl yazdığı səliqəsiz və bu hadisədən sonra yazdığı səliqəli yazıları muzeydə saxlanılır..

Просмотров: 91 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Январь 2022  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz