Bu il XI sinifləri 86797 şagird bitirəcək.
Təhsilimizdə iz qoyacaq bir sıra hadisələrlə zəngin olan 2013-2014-cü tədris ili başa çatır. Bu münasibətlə bu gündən başlayaraq bütün tədris ocaqlarında məzunlara ən kövrək anlar yaşadacaq və onların yaddaşında ömürlük qalacaq "Son zəng" tədbirləri keçiriləcək. Məktəb həyatına əlvida deyəcək gənclər doğma, əziz müəllimlərindən son məsləhət və tövsiyələr eşidəcək, müstəqil həyatlarının astanasında onlara ünvanlanmış təbrikləri qəbul edəcəklər.
Təhsil Nazirliyindən aldığımız məlumata görə, 2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118206, XI siniflərini 86797 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 754 nəfər şagird bitirəcək.
Paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə 27729, XI sinif üzrə isə 20411 şagird məzun olacaq.
2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138000
...
Читать дальше »