Вторник, 21.05.2024, 07:58
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Форма входа

Главная » 2019 » Январь » 21 » Bill Qeyts
19:43
Bill Qeyts
 

Bill Qeyts

1955-ci oktyabr ayının 28-də ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində doğulub.

Orta məktəbdə oxuyarkən Qeyts qrammatika, vətəndaşşünaslıq və digər predmetlərdə uğur əldə edə bilmirdi, lakin riyaziyyatdan ən yüksək qiymətlər alırdı.

13 yaşında Bill ilk kompyuter proqramını yaradır. Kollecdə oxuyarkən Traf-O-Data şirkətini yaradır. Bill küçə hərəkətinin nizamlanması üçün proqram yazanda cəmi 15 yaşı var idi və o, bu layihədə 20.000 dollar qazanır.

17 yaşında isə o, Bonnevil bəndinin enerji bölgüsü üzrə proqram paketinin yazılması təklifini alır.

1973-cü ildə Bill Qeyts Harvard universitetinə daxil olur. Bill Harvardda Stiv Balmerlə (Steve Ballmer) bir mərtəbədə yaşayırdı, sonradan onlar dost olurlar və hal-hazırda Stiv Balmer Microsoft korporasiyasına rəhbərlik edir.

1974-cü ilin dekabr ayında Bill Qeyts 397 dollara satılan kompyuter görür. Dostu Pol Allenin sözlərinə görə, onu istənilən şəxs yığa bilərdi. Maşında çatışmayan yeganə şey proqram təminatı idi. Bill Qeyts və Pol Allen M.I.T.S firmasının nümayəndələri ilə əlaqə saxlayaraq, onlara Altair 8800 kompyuteri üçün proqram təminatını (BASIC versiyasını) təklif edirlər. Bu variant menecerləri razı salır və onlar bu cavan oğlanlara proqramlaşdırma dilləri üzərində işləməyi təklif edirlər. Onlar Yeni-Mexikoya gedirlər və beləcə Micro-soft (Tireni onlar sonralar götürüblər.) tarixi başlanır.

Microsoft-un ilk 5 sifarişçisi müflis olur, lakin gənclər ümidini itirmirlər və 1979-cu ildə Sietlə qayıdırlar. Həmin il Bill Qeyts dərslərdəki müvəffəqiyyətsizliyə görə universitetdən çıxarılır.

Lakin bu, tələbəni elə də məyus etmir, belə ki, Billə IBM-dən dünyada ilk fərdi kompyuter üçün əməliyyat sistemi yaratmaq təklifi edilmişdi. Bill Qeyts 50.000 dollara QDOS (Quick and Dirty Operating System) sistemini əldə edir, adını MS-DOS-a dəyişir və IBM şirkətinə lisenziyasını satır. Qazanılmış pullar Microsoft-a bir neçə il ərzində işləməyə imkan yaradır. Microsoft-un proqram təminatı ilə IBM-in yeni kompüterinin təqdimatı bazarda əsl sensasiya yaradır. Bir çox çox şirkətlər lisenziya üçün Microsoft-a müraciət etməyə başlayırlar.

1986-cı ildə Microsoft açıq tipli səhmdar cəmiyyətinə çevrilir və həmin il Bill Qeyts milyarder olur. Qeyd edim ki, o zaman onun 31 yaş var idi

Microsoft Word və Microsoft Excel proqram təminatlarını çıxararaq şirkət bazarda mövqeyini daha da möhkəmlədir.

Artıq 1993-cü ildə ay ərzində Windows satışlarının ümumi sayl 1 milyonu ötür. 1995-ci ildə Windows 95 əməliyyat sistemi çıxır və 2 həftə ərzində 7 milyon surət satılır.

1995-ci ildə Bill Qeyts «Gələcəyə olan yol» («The Road Ahead») kitabını yazır.

2008-ci il iyun ayının 15-də Bill Qeyts 2008-ci ilin iyul ayında Microsoft korporasiyasının Direktorlar şurasının sədri vəzifəsindən getmək niyyəti haqqında bildirir. 2008-ci il iyun ayının 27-i tarixi Bill Qeytsin Microsoft rəhbəri kimi son günü olub.

Hazırda xeyriyyəçiliklə məşğul olur.

Просмотров: 218 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Январь 2019  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz