Пятница, 17.05.2024, 22:03
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Форма входа

Главная » 2019 » Январь » 21

Bir neçə qurbağa meşəyə səyahət edirlər. Onlardan ikisi quyuya düşür. Digər qurbağalar quyunun dərinliyini görüb hər iki qurbağanın quyuda qalıb öləcəklərini deyir və heyfislənirlər. Hər iki qurbağa isə var gücləri ilə quyudan çıxmağa cəhd edirlər. Digər qurbağalar isə onların əbəs yerə çalışdığını, dayanmağı məsləhət bildiklərini deyirlər. Nəhayət, qurbağalardan biri ruhdan düşür, quyudan çıxmağı dayandırır və ölür.

Digər qurbağa isə heç nəyə əhəmiyyət vermədən bacardığı qədər tullanıb quyudan çıxmağa cəhd edir. Çöldəki qurbağalar isə ona nə qədər əziyyət çəksə belə, nə qədər cəhd etsə belə, sonda yoldaşı kimi quyuda qalıb öləcəyini deyirlər. Qurbağa isə onları dinləmir, durmadan tullanırdı, nəhayət cəhdlərin biri uğurlu alınır və quyudan xilas olur. Çölə çıxandan sonra digər qurbağalar onu alqışlayır, o isə səssizliyini qoruyurdu. Yalnız indi digər qurbağalar anlayırlar ki, sən demə o kar imiş.

Просмотров: 219 | Добавил: mekteb | Дата: 21.01.2019 | Комментарии (0)

 

Bill Qeyts

1955-ci oktyabr ayının 28-də ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində doğulub.

Orta məktəbdə oxuyarkən Qeyts qrammatika, vətəndaşşünaslıq və digər predmetlərdə uğur əldə edə bilmirdi, lakin riyaziyyatdan ən yüksək qiymətlər alırdı.

13 yaşında Bill ilk kompyuter proqramını yaradır. Kollecdə oxuyarkən Traf-O-Data şirkətini yaradır. Bill küçə hərəkətinin nizamlanması üçün proqram yazanda cəmi 15 yaşı var idi və o, bu layihədə 20.000 dollar qazanır.

17 yaşında isə o, Bonnevil bəndinin enerji bölgüsü üzrə proqram paketinin yazılması təklifini alır.

1973-cü ildə Bill Qeyts Harvard universitetinə daxil olur. Bill Harvardda Stiv Balmerlə (Steve Ballmer) bir mərtəbədə yaşayırdı, sonradan onlar dost olurlar və hal-hazırda Stiv Balmer Microsoft korporasiyasına rəhbərlik edir.

1974-cü ilin dekabr ayında Bill Qeyts 397 dollara satı ... Читать дальше »

Просмотров: 217 | Добавил: mekteb | Дата: 21.01.2019 | Комментарии (0)

Bir gün eşşək həyətdəki quyuya düşür. Kəndli
zavallı eşşəyin “zarıltısını” eşidir və quyunun başına gəlir. Eşşəyini sevirdi, amma vəziyyəti qiymətləndirib düşünür ki, eşşək qocalıb, quyu da köhnədir. Ona görə də nə eşşək, nə də quyu üçün əziyyət çəkməyə dəyməz. Kəndli qonşularını çağırıb vəziyyəti onlara başa salır və qərara alırlar ki, quyunu torpaqla doldurub eşşəyi elə quyuya basdırsınlar və onu çəkdiyi əzablardan “xilas” etsinlər.
Əvvəlcə eşşək dəhşətli qorxuya düşdü. Lakin kəndli və qonşular torpağı belləyib quyuya tökdükcə, eşşək üstündəki torpağı silkələyib, ayaqları ilə tapdalayaraq daha da yuxarıya qalxırdı.
Üstünə tökülən torpaq nə qədər onu ağrıtsa belə, eşşək dayanmır, torpağı üstündən ataraq yuxarı qalxmağa çalışırdı. Qısa müddət sonra qoca eşşək məğrurcasına addımlayaraq quyudan kənara çıxdı. Onun ölümünə səbəb olacaqmış kimi görünən vəziyyət əslində onun xilası oldu, vəziyyətdən düzgün şəkildə istifadə etməsi sayəsində!

< ... Читать дальше »
Просмотров: 232 | Добавил: mekteb | Дата: 21.01.2019 | Комментарии (0)

Bakı milyonçusu Hacıağa Dadaşov, güclü yağış zamanı küçədə bir qocanın oturduğunu görüb, burada nə üçün oturduğunu soruşur. Qoca evsiz olduğunu deyir. Bundan bərk təsirlənən Hacı, Bilgəhdəki 12 hektarlıq ərazisi olan bağ evini qocalar evi edir. Bakıda bir neçə uşaq evini açan Hacıağa Dadaşov, bu evlərin ərzaq təminatını, təhsil xərclərini də ödəyirmiş.

Ancaq uzun zaman kimsә bu işlərin kim tərəfindən həyata keçrildiyini bilmirdi. Çünki Hacı öz adının çıxmasını istəmirdi. Hacının böyük oğlu Ağa Yusif bəy məscidlərə gedər, imkansız ailələrə pul paylayarmış.

Hacıağa Dadaşov öz şəxsi vəsaiti ilə Bakıda və bölgələrdə onlarla uşaq evləri və məktəb tikdirib. Bakıdakı Nizami muzeyini də məhz Hacıağa Dadaşov tikdirib.

Просмотров: 317 | Добавил: mekteb | Дата: 21.01.2019 | Комментарии (0)

Поиск
Календарь
«  Январь 2019  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz