Вторник, 21.05.2024, 08:57
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 4
Гостей: 4
Пользователей: 0
Форма входа

Главная » 2019 » Январь » 21 » sən demə o ...
19:58
sən demə o ...

Bir neçə qurbağa meşəyə səyahət edirlər. Onlardan ikisi quyuya düşür. Digər qurbağalar quyunun dərinliyini görüb hər iki qurbağanın quyuda qalıb öləcəklərini deyir və heyfislənirlər. Hər iki qurbağa isə var gücləri ilə quyudan çıxmağa cəhd edirlər. Digər qurbağalar isə onların əbəs yerə çalışdığını, dayanmağı məsləhət bildiklərini deyirlər. Nəhayət, qurbağalardan biri ruhdan düşür, quyudan çıxmağı dayandırır və ölür.

Digər qurbağa isə heç nəyə əhəmiyyət vermədən bacardığı qədər tullanıb quyudan çıxmağa cəhd edir. Çöldəki qurbağalar isə ona nə qədər əziyyət çəksə belə, nə qədər cəhd etsə belə, sonda yoldaşı kimi quyuda qalıb öləcəyini deyirlər. Qurbağa isə onları dinləmir, durmadan tullanırdı, nəhayət cəhdlərin biri uğurlu alınır və quyudan xilas olur. Çölə çıxandan sonra digər qurbağalar onu alqışlayır, o isə səssizliyini qoruyurdu. Yalnız indi digər qurbağalar anlayırlar ki, sən demə o kar imiş.

Просмотров: 220 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Январь 2019  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz