Пятница, 17.05.2024, 22:44
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2019 » Январь » 21 » “Xilas” etsinlər
12:38
“Xilas” etsinlər

Bir gün eşşək həyətdəki quyuya düşür. Kəndli
zavallı eşşəyin “zarıltısını” eşidir və quyunun başına gəlir. Eşşəyini sevirdi, amma vəziyyəti qiymətləndirib düşünür ki, eşşək qocalıb, quyu da köhnədir. Ona görə də nə eşşək, nə də quyu üçün əziyyət çəkməyə dəyməz. Kəndli qonşularını çağırıb vəziyyəti onlara başa salır və qərara alırlar ki, quyunu torpaqla doldurub eşşəyi elə quyuya basdırsınlar və onu çəkdiyi əzablardan “xilas” etsinlər.
Əvvəlcə eşşək dəhşətli qorxuya düşdü. Lakin kəndli və qonşular torpağı belləyib quyuya tökdükcə, eşşək üstündəki torpağı silkələyib, ayaqları ilə tapdalayaraq daha da yuxarıya qalxırdı.
Üstünə tökülən torpaq nə qədər onu ağrıtsa belə, eşşək dayanmır, torpağı üstündən ataraq yuxarı qalxmağa çalışırdı. Qısa müddət sonra qoca eşşək məğrurcasına addımlayaraq quyudan kənara çıxdı. Onun ölümünə səbəb olacaqmış kimi görünən vəziyyət əslində onun xilası oldu, vəziyyətdən düzgün şəkildə istifadə etməsi sayəsində!

Əgər problemlərimizə pozitiv və ümidlə yanaşsaq, təşvişə düşməsək, başımıza belə bir hadisə gəldiyi üçün özümüzə acımaq yerinə mübarizə aparsaq, həll edə bilməyəcəyimiz heç bir çətinlik yoxdur.

Просмотров: 233 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Январь 2019  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz