Пятница, 17.05.2024, 15:50
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2019 » Август » 30 » Eynəyin yaranma tarixi
22:14
Eynəyin yaranma tarixi

Eynəyin yaranma tarixi


Şübhəsiz ki, tarix boyu insanlarda görmə qüsurları olmuşdur. 12-ci əsrdə gözlüklər ortaya çıxana qədər bu cür insanlar iş görməməyə , hətta evdən bayıra çıxmamağa məhkum idilər. Gözlüyün əsas hissəsi olan optik şüşənin tarixi 4500 il əvvələ gedib çıxır. Qədimdə insanlar optik biliklərə malik idilər. Belə ki, onlar bəzi şüşələrin, əşyaların böyüdülməsini bilirdilər. Buna ən böyük sübut isə, Giritdəki qazıntılarda tapılan, eradan əvvəl mininci illərə aid böyüdücü şüşələrdir.
Gözlüyü icad edən şəxsin adı məlum deyil. Bəşəriyyətin böyük minnətdarlıqla yad etdiyi bu şəxsin kimliyi bütün araşdırmalara rəğmən hələ də sirr olaraq qalır. Bu insan böyük ehtimalla, 1250 və 1280-ci illərdə Venesiyada yaşamışdır. Çünki bu vaxtlar Venesiya- İtaliyada şüşə istehsalında çox mühüm yer tuturdu.
İlk gözlüklərin şüşələri qabarıq idi və yalnız yaxını görə bilməyənlərin işinə yarıyırdı. Uzağı görmək üçün istifadə edilən çökük şüşələrin istehsalı isə , yalnız yüz ildən sonra həyata keçirildi.
Gözlük icad edildikdən yalnız 350 il sonra gözdən düşməyən gözlüklər hazırlandı. Əslində bu, gözlük tarixində ən mühüm və son tapıntı idi. Edvard Skarlet 1730-cu ildə Londonda sabit gözlük sağanağı icad etdi.
Gözlüklərin inkişafı yavaş getsə də, bəşəriyyətə xidməti böyük oldu və ən azı insanların həyata bağlılıqlarını artırdı.
Mətbəələrin meydana gəlməsi kitab və qəzetlərin sayının artmasına səbəb oldu. Bu isə gözlüklərə olan ehtiyacı daha da artırdı.
14-cü əsrin ortalarında italiyanlar gözlük şüşələrinə, bəlkə də, bir-birlərinə bənzədikləri üçün mərcimək mənasını verən “Lenticchie ” adını verdilər. İngiliscə “Lentil” olan mərcimək təqribən 200 il gözlük şüşəsi mənasında işləndi.
İlk gözlük dükanı 1783-cü ildə Filaderfiyada açıldı. Frendis Ellister gözlükləri bir səbətin içərisinə yığır, müştərilər də onları bir-bir yoxlayaraq gözlərinə düşəni alırdılar.
Qeyd: Bəzi mənbələr ilk eynəyin ilk dəfə 1280 cı- ildə İtaliyada Salvinio delli Arleti tərəfindən icad olunduğunu iddia edirlər.

İlk günəş eynəyinə gəldikdə isə, o 143-cu ildə çinlilər tərəfindən istifadə edilməyə başlandı. Ancaq çinlilərin hislə qaraltdıqları ilk gözlüklər günəşdən qorunmaq üçün deyildi. Onlar bu gözlüklərdən daha çox gözləri görünməsin deyə istifadə edirdilər. Bu gün isə günəş gözlüklərinin bəşər həyatındakı rolu optik gözlüklərdən heç də az deyil.
 

Просмотров: 177 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Август 2019  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz