Вторник, 21.05.2024, 07:17
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2019 » Август » 30

Kleopatra həqiqətən gözəl olub? 
Neçə minilliklərdi ki, Kleopatranın gözəlliyi haqqında yaranan əfsanələr dünyanı dolaşmaqdadır. Kleopatra doğrudan gözəl olub?
2000 ildən çoxdur Kleopatra bütün dünyada bir gözəllik simvoluna çevrilmişdir. Onun gözəlliyi rəssamların, şairlərin, heykəltaraşların ilham mənbəyi çevrilmişdir. Tarixdə Kleopatra misilsiz bir gözəl, daim gözəl və cavan qalmağın sirlərini bilən bir qadın kimi təsvir olunmuşdur.

Çariça Kleopatra VII Filopator - Ptolomey sülaləsinin sonuncu nümayəndəsi olmuş və Ellin Misirini 21 il idarə etmişdir. Tarixdə onun adının Qədim Roma imperiyasını idarə edən Yuli Sezar və Mark Antoni ilə bağlı olduğu qeyd edilir. Bu tarixi şəxsiyyətlər Kleopatranın gözəlliyinin əsiri olmuşdur. Gəlin, baxaq, Kleopatranın gözəlliyi haqqında tarix və arxeoloji tədqiqatlar nə deyir?

Kleopatranın çariçalığından 200 il keçdikdən sonra Roma tarıxçisi Dion Kassiy çariçanı belə təsvir etmişdir: -“ o, çox cazıbədar və mis ... Читать дальше »

Просмотров: 219 | Добавил: mekteb | Дата: 30.08.2019 | Комментарии (0)


“İnternetin atası” Vinton Qrey Serf

İnformasiya sistemləri üzrə amerikalı mütəxəssis Vinton Qrey Serf daha çox “internetin atası” kimi tanınır.

ABŞ Milli Mühəndislik Akademiyasının, həmçinin 2006-cı ildən London Kral Cəmiyyətinin əcnəbi üzvüdür.

O, 2004-cü ildə Türinq mükafatına layiq görülüb.

Orta təhsilini Los Ancelesdə alan Serf daha sonra Stanford Universitetinə daxil olub. 1965-ci ildə bakalavr pilləsi üzrə təhsilini başa vuran gənc riyaziyyatçı dünyanın ən böyük aparat və proqram təminatı, habelə İT və konsaltinq xidmətləri üzrə ixtisaslaşan şirkətlərindən biri, IBM-də çalışmağa başlayıb. Burada QUIKTRAN proqramlaşdırma dilinin hazırlanmasında yaxından iştirak edib.

Kaliformaniya Universitetində “İnformatika” ixtisası üzrə magistr və elmlər doktoru alimlik dərəcəsi alan Serf elmi tədqiqatlarını məşhur amerikalı alim, professor Leonard Kleynrokun rəhbərliyi altında aparıb.

Daha sonra Vint ... Читать дальше »

Просмотров: 210 | Добавил: mekteb | Дата: 30.08.2019 | Комментарии (0)

Eynəyin yaranma tarixi


Şübhəsiz ki, tarix boyu insanlarda görmə qüsurları olmuşdur. 12-ci əsrdə gözlüklər ortaya çıxana qədər bu cür insanlar iş görməməyə , hətta evdən bayıra çıxmamağa məhkum idilər. Gözlüyün əsas hissəsi olan optik şüşənin tarixi 4500 il əvvələ gedib çıxır. Qədimdə insanlar optik biliklərə malik idilər. Belə ki, onlar bəzi şüşələrin, əşyaların böyüdülməsini bilirdilər. Buna ən böyük sübut isə, Giritdəki qazıntılarda tapılan, eradan əvvəl mininci illərə aid böyüdücü şüşələrdir.
Gözlüyü icad edən şəxsin adı məlum deyil. Bəşəriyyətin böyük minnətdarlıqla yad etdiyi bu şəxsin kimliyi bütün araşdırmalara rəğmən hələ də sirr olaraq qalır. Bu insan böyük ehtimalla, 1250 və 1280-ci illərdə Venesiyada yaşamışdır. Çünki bu vaxtlar Venesiya- İtaliyada şüşə istehsalında çox mühüm yer tuturdu.
İlk gözlüklərin şüşələri qabarıq idi və yalnız yaxını görə bilməyənlərin işinə yarıyırdı. Uzağı görmək üçün istifadə edilən çökük şüşələrin istehsalı isə ... Читать дальше »

Просмотров: 177 | Добавил: mekteb | Дата: 30.08.2019 | Комментарии (0)

Bilməiklərimiz
“@” işarəsinin sirri

@” internetin həyatımıza girişiylə birlikdə ən sıx istifadə etdiyimiz işarə oldu. Həvəskar istifadəçilər, şirkətlər, məşhurlar, siyasətçilər-az qala hər kəs bir “e-mail” ünvanı açaraq adının arxasına “@” işarəsini yerləşdirdi. Bu simvolun haradasa 500 illik bir tarixi olduğunu bilirdinizmi? “

@”,”e-mail” ünvanının bir parçası olaraq, ilk dəfə 1971-ci ildə Rels Tomlinson tərəfindən istifadə edildi. Kompyuter mühəndisi Tomlinson özünə göndərdiyi ilk elektronik mesajı qısaca ifadə etmək üçün “@” işarəsini seçdi. Yaxşı, bəs niyə “@”?

“Klaviaturada heç kimin adında istifadə edilməyən və qarışıqlığa gətirib çıxarmayacaq bir işarə axtardım”-deyən Rels Tomlinson “@” işarəsini buna görə istifadə etdiyini bildirdi.

Bu işarənin yaranma tarixinə gəlincə, dilçilər bu nöqtədə ikiyə ayrılır. Bəzilərinə görə, bu i ... Читать дальше »

Просмотров: 185 | Добавил: mekteb | Дата: 30.08.2019 | Комментарии (0)

Поиск
Календарь
«  Август 2019  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz