Пятница, 17.05.2024, 19:45
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2019 » Август » 30 » Kleopatra doğrudan gözəl olub?
22:20
Kleopatra doğrudan gözəl olub?

Kleopatra həqiqətən gözəl olub? 
Neçə minilliklərdi ki, Kleopatranın gözəlliyi haqqında yaranan əfsanələr dünyanı dolaşmaqdadır. Kleopatra doğrudan gözəl olub?
2000 ildən çoxdur Kleopatra bütün dünyada bir gözəllik simvoluna çevrilmişdir. Onun gözəlliyi rəssamların, şairlərin, heykəltaraşların ilham mənbəyi çevrilmişdir. Tarixdə Kleopatra misilsiz bir gözəl, daim gözəl və cavan qalmağın sirlərini bilən bir qadın kimi təsvir olunmuşdur.

Çariça Kleopatra VII Filopator - Ptolomey sülaləsinin sonuncu nümayəndəsi olmuş və Ellin Misirini 21 il idarə etmişdir. Tarixdə onun adının Qədim Roma imperiyasını idarə edən Yuli Sezar və Mark Antoni ilə bağlı olduğu qeyd edilir. Bu tarixi şəxsiyyətlər Kleopatranın gözəlliyinin əsiri olmuşdur. Gəlin, baxaq, Kleopatranın gözəlliyi haqqında tarix və arxeoloji tədqiqatlar nə deyir?

Kleopatranın çariçalığından 200 il keçdikdən sonra Roma tarıxçisi Dion Kassiy çariçanı belə təsvir etmişdir: -“ o, çox cazıbədar və misli görünməyən bir gözəl olmuşdur. Onu görən hər bir kəs ilk baxışdan ona vurulurmuş...” Amma Dion Kassiydən 100 il əvvəl Plutarx Kleopatra haqqında belə yazmışdır: - “Çariça Keopatra məftunedici, qeyri-adi bir gözəlliyə malik olmayıb. Sadəcə cazıbədar bir qadın olub”. Amma təəssüflər olsun ki, nə Kassiyin, nə də Plutarxın dediklərini təsdiqləyən heç bir dəlil və fakt yoxdur. Çünki Kleopatra təsvir edilən heç bir rəsm və heykəltaraşlıq əsəri qalmamışdır. Yalnız Kleopatra təsvir olunan sikkə pullar qalmışdır. Bu pullar da o, zamanlar siyasi təbliğat məqsədilə buraxılmışdır və pulların üzərində də “qarmaq burunlu, kişiyəbənzər qadın” təsvir olunmuşdur. Tarixçilərin bəziləri isə bunu belə izah edirlər ki, onun Ptolomey nəslindən olması və bu nəslə bənzəməsi öz təsdiqini tapması üçün pulların üzərində Kleopatra kişiyə bənzər təsvir olunmuşdur. Qədim sikkələrin üzərindəki Kleopatra özündən çox Ptolomey nəslindən olan kişilərə bənzədilmişdir. Bununla da, Kleopatranın hakimiyyətə daha çox iddialı olduğunu sübuta yetirməyə çalışmışlar. Bu qədim pulları da o zamanlar Kleopatranın xarici görünüşünü göstərmək üçün deyil, məhz siyasi təbliğat məqsədilə buraxmışlar. Bir şeyi də qeyd eləmək yerinə düşər ki, əvvəllər “qadın gözəlliyi” dedikdə, heç də yalnız sifət gözəlliyi nəzərdə tutulmurdu. O zamanlar, adətən fiziki sağlamlıq, cəlbedici danışıq tərzi, səs və sairə...
Qədim tarixçi Dio yazırdı ki, - “ Kleopatra çox cazıbədar bir səsə malik olmuş və şirin bir ünsiyyət yaratmağı bacaran qadın olmuşdur. Onunla bir dəfə söhbət edən adam, sanki ona ömürlük bağlanırdı”.
Plutarxın fikrincə də, Kleopatranın xarici görünüşündən çox, onun xasiyyəti, ünsiyyəti daha çox cəlbedici olmuşdur. Elə Yuli Yezarı da, Mark Antonini də Kleopatra öz ünsiyyətilə məftun etmişdir. Amma bütün bunlarla bərabər, sözsüz ki, Kleopatranın xarici cəlbediciliyi də olmuşdur. O, gözəl xarici görünüşə malik bir qadın olub”.
2000 ildən çoxdur Kleopatra tarixdə gözəllik simvolu hesab edilir. Tarixçilərin sözünə görə, Kleopatranın daxili gözəlliyi xaricindən daha gözəl idi.

Просмотров: 219 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Август 2019  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz