Вторник, 21.05.2024, 07:51
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Форма входа

Главная » 2019 » Август » 30 » “@” işarəsinin sirri
22:10
“@” işarəsinin sirri

Bilməiklərimiz
“@” işarəsinin sirri

@” internetin həyatımıza girişiylə birlikdə ən sıx istifadə etdiyimiz işarə oldu. Həvəskar istifadəçilər, şirkətlər, məşhurlar, siyasətçilər-az qala hər kəs bir “e-mail” ünvanı açaraq adının arxasına “@” işarəsini yerləşdirdi. Bu simvolun haradasa 500 illik bir tarixi olduğunu bilirdinizmi? “

@”,”e-mail” ünvanının bir parçası olaraq, ilk dəfə 1971-ci ildə Rels Tomlinson tərəfindən istifadə edildi. Kompyuter mühəndisi Tomlinson özünə göndərdiyi ilk elektronik mesajı qısaca ifadə etmək üçün “@” işarəsini seçdi. Yaxşı, bəs niyə “@”?

“Klaviaturada heç kimin adında istifadə edilməyən və qarışıqlığa gətirib çıxarmayacaq bir işarə axtardım”-deyən Rels Tomlinson “@” işarəsini buna görə istifadə etdiyini bildirdi.

Bu işarənin yaranma tarixinə gəlincə, dilçilər bu nöqtədə ikiyə ayrılır. Bəzilərinə görə, bu işarə ilk olaraq orta əsrlərin əvvəllərində əlyazmalar üzərində işləyən keşişlər tərəfindən istifadə edilib. O zaman “@” işarəsi içində, yanında mənalarını ifadə edirmiş. Dilçilərin böyük bir əksəriyyəti “@”işarəsinin daha yaxın bir tarixə- XVIII əsrə aid olduğunu düşünür. Mütəxəssislərə görə “@” o tarixdə vahid başına verilən qiyməti təmsil edən ticari simvol idi. Ancaq italyan bir tədqiqatçı XIV əsrə aid bəzi ticari Venedik sənədlərində diqqətəçarpan bir şəkildə “@” işarəsinin istifadə edildiyini ortaya çıxardı. Bu sənədlərdə işarə anfora, ya da kubu simvollaşdıran miqdar ölçüsü kimi istifadə edilirdi. Giorgio Stabila adlı tədqiqatçı isə, 1492-ci ildə dərc olunan ispanca lüğətdə anforanın bir ağırlıq ölçüsü olan arrobaya çevrildiyini kəşf etdi. Bunların nəticəsində “@” işarəsi 1885-ci ildə yazı maşınlarının ilk nümunəsi olan “Underwood”un klaviaturasında yerini aldı. O tarixdən təxminən 80 il sonra kompyuter klaviaturalarına e-mail işarəsi olaraq keçirildi.

Просмотров: 186 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Август 2019  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz