Вторник, 21.05.2024, 20:38
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2024 » Апрель » 23 » General Şıxlinski
09:47
General Şıxlinski

Azərbaycanın ilk ali təhsilli xanımı General Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskayadır. O, Qori Müəllimlər Seminariyasında dərs demiş, böyük Azərbaycan maarifçisi Hüseyn Əfəndi Qayıbovun qızöıdır.

O, həm də ilk azərbaycanlı şəfqət bacısı, Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri olub.

Əliağa Şıxlinski xatirələrində yazır: “Həyat yoldaşım demək olar bütün gününü yaralı əsgərlərə qayğı göstərməklə keçirirdi, yaralı əsgərlərə rus və başqa dillərdə evlərinə məktub yazmalarına kömək edirdi”.

General Şıxlinski xanımını çox sevib. O, Həyat yoldaşı Nigar xanımdan sonra onsuz da yaşamaq istəmirdi. Lakin yarıcan halda 12 il yaşayır və dünya tarixinin bəlkə də, ən ağır ilində - müharibənin tüğyan etdiyi 1943-cü ildə Bakı kənarındakı kiçik bir evdə vəfat edir. Övladı olmamışdı. Sevimli arvadına da “xəyanət” edib, başqası ilə evlənməmişdi. Odur ki, ölümündən bir neçə il əvvəl yazdığı vəsiyyətnamədə olan “əmlak”ını cəmi iki nəfərə vəsiyyət edir: onu müalicə edən həkiminə və onun xanımına...

Şıxlinskinin vəsiyyətlərində Nigar xanıma olan platonik sevgisi özünü göstərir:

“Vəsiyyətnamə yazılarkən, mənim bəzi qiymətli şeylərim var idi ki, onlar Bahadır və Varyanın mənə göstərdikləri qayğı və mənəvi köməklikdən əlavə, maddi yardımlarını qismən ödəyə bilərdi. Lakin mən gözlənildiyindən də artıq yaşadım, satmalı nə vardısa, satıb xərclədim və bununla da vəsiyyətnamə öz mənasını itirmiş oldu. Əgər evdə qalmış əşyaların dəyəri dəfn mərasiminə və sadə qəbr daşına kifayət edərsə, ona da şükür. Heç bir ehsan və elan lazım deyil. Qohumlara telefon vasitəsilə, telefon yoxsa, məktubla xəbər vermək olar.

Qəbir daşı yalnız onun üçündür ki, mənim adım unudulmaz həyat yoldaşım Nigar xanımın adı ilə yanaşı yazılsın”.

Vəsiyyətdən seçmələr:

1. Əgər mən yataqda qalası xəstə olsam, məni xəstəxanaya göndərin;

2. Əgər xəstəxanada ölsəm, nəşimi evə yox, xəstəxanadan qəbiristanlığa aparın;

3. Qəzetdə elan verməyin;

Просмотров: 3 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz