Вторник, 21.05.2024, 02:16
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2024 » Апрель » 30

Atama gündə yüz kərə bəlkə təşəkkür etsəm, azdır.

Uşaqlıqdan mənə doğru şeylər öyrətdiyi üçün.

10 yaşımdan mənimlə böyük qız kimi rəftar etdiyi üçün.

11 yaşımda mənə 10 kitab, 1 məktub verdi. Oxu, bunlarla daha yaxşı insan olacaqsan, hər kəsi anlayacaqsan dedi.

Sırası ilə yazıram. Bəlkə siz də övladlarınıza bu ardıcıllıqla oxudarsınız.

İlk olaraq, 3 tomluq, çox qalın "Səfillər" kitabını verdi. Hələ də kitabın ön səhifəsində o yaşda yazdığım sözlər durur. Orda bəlkə hamı Kozettaya nəzər saldı. Atam mənə Madlen babanı daha çox oxutdu. Səhifə-səhifə kitabı mənimlə müzakirə edirdi. Mariusun inqilabı fikirləri, nitqləri, Qavroşun əslində bu əsərdə hansı missiyanı daşıdığını, yazıçının oxucuya hansı həqiqətləri göstərdiyini dedi.

Fahişənin kim olduğunu oxudum. Hətta ona belə yardım etmək lazım olduğunu dedi.

Ən böyük nəsihəti gümüş şamdanlari oğurlanan keşişin oğru Jan Valjanı jandarmalardan qorumağı səhnəsi idi. Nəyini oğu ... Читать дальше »

Просмотров: 4 | Добавил: mekteb | Дата: 30.04.2024 | Комментарии (1)

ATAMAN VƏ BİR HƏYATA BƏRABƏR İMTAHAN

Görkəmli Sovet fiziki, Nobel mükafatı laureatı İ.Tamm vətəndaş müharibəsi dönəmində Maxnonun dəstələrindən birinə əsir düşür. Əl-qolunu bağlayaraq onu bir atamanın hüzuruna aparırlar.

- Kommunist küçüyü, qırmızılara tulalıq edirsən? Səni it kimi gəbərdəcəm!-ataman hiddətlənir.

- Əsla yox,- Tamm cavab verir.- Mən Odessa universitetinin professoruyam. Siz tərəflərə bir az azuqə tapmaq niyyəti ilə gəlib çıxmışam.

- Nə nağıl danışırsan? Kişi professor imiş! Hansı sahənin professorusan?-ataman maraqlanır.

- Riyaziyyatdan mühazirələr aparıram.

- Riyaziyyatdan? Hm... - Ataman bir qədər fikrə gedir. - Onda mənə riyazi funksiyanın Teylor sırasına ayrılması düsturunu çıxart, Maklaren sırasını göstər və qalıq əmsalının növünü tap! Səhərə qədər vaxtın var. Həll edə bilsən səni güllələməyəcəm!

Dərin riyazi biliklərə malik Tamm qulaqlarına inanmır. Atamanın ona ünvanladığı sual ali riyaziyyatın ən dar sah ... Читать дальше »

Просмотров: 9 | Добавил: mekteb | Дата: 30.04.2024 | Комментарии (0)

Platondan iki sual soruşmuşlar.

1. İnsanoğlunun sizi ən çox təəccübləndirən davranışları hansılardır?

Platon başlamış saymağa:

- Uşaqlıqda darıxarlar və böyümək üçün tələsərlər. Böyüyərlər və uşaqlıqları üçün darıxarlar.

- Pul qazanmaq üçün sağlamlıqlarını itirərlər. Amma sağlamlıqlarını geri qazanmaq üçün də pul xərcləyərlər.

- Sabahdan üçün narahatlıq edərkən bu günü unudarlar. Bu səbəbdən nə bu günü nə də sabahı yaşayarlar.

- Heç ölməyəcək kimi yaşayarlar. Ancaq heç yaşamamış kimi ölərlər.

2. Yaxşı, siz nə təklif edirsiniz?

Müdrik cavablandırmış:

- Kiməsə özünüzü «sevdirməyə» çalışmayın! Edilməsi lazım olan tək şey, hər şeyi öz axarına buraxmaqdır...

- Əhəmiyyətli olan, həyatda "ən çox şeyə sahib olmaq" deyil, "ən az şeyə ehtiyac duymaqdır"

Просмотров: 3 | Добавил: mekteb | Дата: 30.04.2024 | Комментарии (0)

Поиск
Календарь
«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz