Среда, 22.05.2024, 01:05
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2024 » Апрель » 30 » HƏYATA BƏRABƏR İMTAHAN
09:04
HƏYATA BƏRABƏR İMTAHAN

ATAMAN VƏ BİR HƏYATA BƏRABƏR İMTAHAN

Görkəmli Sovet fiziki, Nobel mükafatı laureatı İ.Tamm vətəndaş müharibəsi dönəmində Maxnonun dəstələrindən birinə əsir düşür. Əl-qolunu bağlayaraq onu bir atamanın hüzuruna aparırlar.

- Kommunist küçüyü, qırmızılara tulalıq edirsən? Səni it kimi gəbərdəcəm!-ataman hiddətlənir.

- Əsla yox,- Tamm cavab verir.- Mən Odessa universitetinin professoruyam. Siz tərəflərə bir az azuqə tapmaq niyyəti ilə gəlib çıxmışam.

- Nə nağıl danışırsan? Kişi professor imiş! Hansı sahənin professorusan?-ataman maraqlanır.

- Riyaziyyatdan mühazirələr aparıram.

- Riyaziyyatdan? Hm... - Ataman bir qədər fikrə gedir. - Onda mənə riyazi funksiyanın Teylor sırasına ayrılması düsturunu çıxart, Maklaren sırasını göstər və qalıq əmsalının növünü tap! Səhərə qədər vaxtın var. Həll edə bilsən səni güllələməyəcəm!

Dərin riyazi biliklərə malik Tamm qulaqlarına inanmır. Atamanın ona ünvanladığı sual ali riyaziyyatın ən dar sahələrindən birinə aid idi. Onu zirzəmiyə apararaq qarşısına yeməklə dolu boşqab, bir qələm və topa kağız qoyurlar. Səhərə kimi əlləşən Tamm məsələni yarıya qədər düzgün gətirsə də sona qədər həll edə bilmir.

Səhər məsələnin həllinə baxan ataman:

- Götürdüyün istiqamət doğrudur, əmin oldum ki, peşəkar riyaziyyatçısan, amma xaraktercə elə də güclü deyilsən. Vahimə və təşviş hissləri sənin əqli azadlığını buxovlayırlar. Qorxaqlıqla satqınlıq arasında bir addımlıq yol var. Qorxaq alim, qorxaq zabitdən daha təhlükəlidir. Qorxaq zabit bir ordunu, qorxaq alim isə bir xalqın gələcəyini satar. Alimdə, ziyalıda mübarizlik yoxsa onun heç bir dəyəri yoxdur. Dediklərimi qulağından sırğa kimi as, cənab professor. Səni azad edirəm, lakin özünə bir əncam çək, - deyir.

Dahi fizik qarşılaşdığı bu fenomenal atamanı, ömrünün sonuna qədər, özünün ən böyük müəllimi adlandırmışdı.

Просмотров: 10 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz