Вторник, 21.05.2024, 18:58
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2024 » Апрель » 30 » Uşaqlara nə oxudum?
10:29
Uşaqlara nə oxudum?

Atama gündə yüz kərə bəlkə təşəkkür etsəm, azdır.

Uşaqlıqdan mənə doğru şeylər öyrətdiyi üçün.

10 yaşımdan mənimlə böyük qız kimi rəftar etdiyi üçün.

11 yaşımda mənə 10 kitab, 1 məktub verdi. Oxu, bunlarla daha yaxşı insan olacaqsan, hər kəsi anlayacaqsan dedi.

Sırası ilə yazıram. Bəlkə siz də övladlarınıza bu ardıcıllıqla oxudarsınız.

İlk olaraq, 3 tomluq, çox qalın "Səfillər" kitabını verdi. Hələ də kitabın ön səhifəsində o yaşda yazdığım sözlər durur. Orda bəlkə hamı Kozettaya nəzər saldı. Atam mənə Madlen babanı daha çox oxutdu. Səhifə-səhifə kitabı mənimlə müzakirə edirdi. Mariusun inqilabı fikirləri, nitqləri, Qavroşun əslində bu əsərdə hansı missiyanı daşıdığını, yazıçının oxucuya hansı həqiqətləri göstərdiyini dedi.

Fahişənin kim olduğunu oxudum. Hətta ona belə yardım etmək lazım olduğunu dedi.

Ən böyük nəsihəti gümüş şamdanlari oğurlanan keşişin oğru Jan Valjanı jandarmalardan qorumağı səhnəsi idi. Nəyini oğurlasalar da, bil ki, heç nə sənin deyil dedi.

Sonra "Cenni Herhard"ı verdi, "böyüyüb qadın olacaqsan dedi. Oxu, qadın olmaq asan deyil. İnsan ilkəl varlıqdır. Orda baş verənlərlə bu günün fərqi yoxdur əslində".

Üçüncü kitab "Şerlok Holms" idi. Bu kitabla hər detala diqqət etməyi öyrənəcəksən, səni aldatmaq asan olmayacaq dedi.

Sonra "İncili" verdi. İnsanları daha yaxşı tanıyacaqsan. Onları sevməyi borclusan deyə öyrətdi. Mən bunu niyə birinci vermədin deyə soruşdugumda "Səfillər" İncilin bir növ təfsiridir, hətta daha böyük kitabdır dedi. Hətta Leninin "bütün dünya kitabxanaları yansa, kitab kimi bir Səfillər qalsa, dünya ədəbiyyatı çox şey itirməzdi" dedi.

Sonra Sabirin "Hophopnamə" sini və Mirzə Cəlilin "Ölülər"ini verdi. Sabirin nə qədər şeirini birgə əzbərlədik.

Mir Möhsün Nəvvabın "Nəsihət"lərini verdi.

Və ən əsası Çarli Çaplinin qızı Ceraldinaya məktubunu oxutdu, müzakirə etdik. Xüsusən bu kəlmənin üzərində durdu. Taksidən düşəndə sürücüyə pulu artıq ver, bəlkə yoldaşı hamilədir və onun pula ehtiyacı var? Bu gün də belə edirəm mən. Taksidən enəndə hər dəfə o sözü xatırlayıram.

Sonra "Həyat eşqi" və "Martın İden"i verdi. İnsan olmağı öyrədən möhtəşəm kitablardır dedi.

Füzulini xırdalamağı öyrətdi. Onda 12 yaşım vardı.

5 yaşımda şahmatı öyrətmişdi. Dayanmadan oynayırdıq.

Sonda Quranı verdi. İçində nə yazılıb bil, oxunanda qorxma, cahil olma. Razılaşmadığın yerləri unutma. Başa düşməyib sıxıla bilərsən, amma oxumağa davam et.

Beləcə kitabları mənə sevdirdi, gerisini özüm oxudum.

Müzakirə etməyi, bu mədəniyyəti öyrətdi.

İndi də ən sərt müzakirələrdə mədəniyyəti itirməməyi ona borcluyam.

Bu qədər şeyi niyə yazdım?

Məndən çox soruşurlar. Uşaqlara nə oxudum? Sadaladıqlarımın heç biri uşaq kitabı deyil. İndiki nəsilə bunları oxumaq bəlkə ağır olar. Amma bizi insan yapan da məhz bunlardır. Dünyagörüşü. Zamanında formalaşan dünyagörüşü.

Dillər öyrənən uşaqlara baxıram heç birinin əlində xarici dildə oxunan əsaslı kitab yoxdur. Sadəcə danışıq səviyyəsində öyrənirlər, analar da ayılıb-bayılır.

Halbuki Şekspirin "Hamlet" əsərini biz ingiliscə oxuyurduq. Mən ingilis dilli təmayül məktəbi bitirmişəm.

Gənc nəsilə dərs deyirəm, 600 balla qəbul olan uşağın mütaliəsi yoxdur. Ancaq robot kimi instituta hazırlaşdırılıb. Mütləq erkən yaşından uşaqlara mütaliəni öyrədin. Daha yaxşı insanla yaşayacaqsınız, əmin olun. Əlavə tərbiyəyə ehtiyac olmayacaq. Xüsusən 10 yaş ən vacib yaşdır.

- irade isak

Просмотров: 5 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 Артем  
0
Здравствуйте! Увеличиваю поток клиентов с онлайн карт!

Накрутка рейтинга на Авито/Яндекс/2гис/Маркетплейсы и др.

А так же:
- Реклама в Яндекс/Гугл, ВК и Инстаграм.
- Создание и СЕО сайтов.
- Авито продвижение.

Если интересно, пишите мне в WhatsApp: +7(962) 546-38-36

Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz