Вторник, 21.05.2024, 14:06
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2024 » Апрель » 23 » Hacı Zeynalabdin Tağıyev
10:58
Hacı Zeynalabdin Tağıyev

Sonralar adı çox sevdiyi xalqının tarixinə Hacı Zeynalabdin Tağıyev kimi yazılacaq bu böyük insan 1823-cü il (bəzi mənbələrə görə,1838-ci il) yanvarın 25-də Bakıda kasıb başmaqçı ailəsində dünyaya gəlib. Anası Ümmü xanım vəfat edəndə Zeynalabdinin on yaşı vardı. Gün-güzəran, dolanışıq qayğıları da bir tərəfdən Zeynalabdini tez böyüdüb. On yaşında atası onu bir bənnanın yanına aparıb ki, usta köməkçisi işləsin. Uşaqlıqdan zəhmətkeş olub Zeynalabdin. On iki yaşına çatanda artıq daşyonan imiş. On beş yaşında bənnalıq etməyə başlayıb. Sonra tikinti ustası və təşkilatçısı kimi tanınıb. Halal zəhmətlə qazandığı puldan yığıb ki, özünə bir iş qursun. Ev tikintisi və daşyonma işləri təşkil edəndə iyirmi yaşındaymış. Sonralar da öz tikinti işlərinə özü nəzarət edib. Yaşadığı imarətdə, açdırdığı Qızlar gimnaziyasının binasında onun dəst-xəti var.

Ticarətlə və yüngül sənaye ilə məşğul olmağa başlayıb. Dükanlara və manufakturaya sahib olub. Hacı Zeynalabidin Tağıyev Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan da biri sayılıb.

1870-ci ildə artıq iki qazanxanadan ibarət kerosin zavodunun sahibi idi. Sonra «Hacı Zeynalabdin” şirkətini yaradıb. Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti-xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçiblər.

Fitrətdən ağıllı, təmkinli, cəsarətli olub. Hansı sahəyə əl atıbsa, uğur qazanıb. Bakının əsl neft səltənətinə çevrildiyi vaxtlar idi. Çar Rusiyasından və xaricdən sərmayədarlar gəlib Bakı ətrafındakı kəndlərdə torpaq sahələr alır, orada neft buruqları ucaldırdılar. Zamanın nəbzini tutmağı yaxşı bacaran Hacı Zeynalabdin də podratçılığı buraxıb, diqqətini daha çox neft işinə verib. 1872-ci ildə neftli torpaqlar hərraca qoyulanda torpaq payı icarəyə götürüb. Həmin torpaqdan neft fəvvarə vurub. „H.Z.Tağıyev” adlı neft şirkətini qeydiyyatdan keçirib.

Hacı Zeynalabdin ən yeni avadanlıq quraşdırdığı mədənində çalışan ustalara yüksək əməkhaqqı verib. Gəlirləri sürətlə artıb. Neft zavodları alıb. 1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layıq görülüb. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə çataraq 32 milyon pud (512 kq) neft çıxarıb.

1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satıb. Tağıyev qeyri-neft sektoruna sərmayə qoyub. İnşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olub. Toxuculuq fabrikini xammalla təmin etmək üçün Yevlaxda pambıq əkini üçün torpaq sahəsi alıb. 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirib. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini təşkil edən də Tağıyev olub.

1890-cı ildə balıqçılıq sənayesinə güclü sərmayə qoyub. İri balıq vətəgələrinə sahib olub. Balıq məhsullarının saxlanmasını təmin etmək üçün Mahaçqalada soyuducu zavod, buz istehsalı zavodu, çəllək zavodu tikdirib.

Просмотров: 8 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 Владислав  
0
Меня зовут Владислав, и я представляю команду Web Hero. Мы обнаружили несколько технических недочетов на вашем сайте, которые могут отталкивать ваших клиентов.

Наша команда готова приступить к исправлению этих проблем немедленно, чтобы ваш сайт работал безупречно.

Давайте обсудим возможности сотрудничества и наши предложения по улучшению вашего веб-ресурса. Просто оставьте заявку на нашем сайте: wbhr.ru, или свяжитесь со мной напрямую по адресу sale.tp1@wbhr.ru.

С уважением,

Владислав

Web Hero

Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz