Вторник, 21.05.2024, 07:26
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Форма входа

Главная » 2023 » Октябрь » 27 » Hüseynov İsmayıl Məhəmməd oğlu
21:32
Hüseynov İsmayıl Məhəmməd oğlu

Hava dumanlı, çiskinli idi. Maşınla dağa qalxdıq. Maşından düşəndə ilk silahımı atdım və əyilib götürmək istədikdə tank əleyhinə raket kompleksi ilə vurulduq. Raketin alovu nəticəsində sifətim və gözlərim tamamilə yandı. Dişlərim qırılmış, boğazım yanmışdı. Heç yeri görmürdüm. Sadəcə güllə, partlayış, döyüş yoldaşlarımın nalələrini eşidirdim. İstiqamətini bilmədiyim bir tərəfə sürünüməyə başladım. Bir kol tapdım və altında gizlənməyə çalışdım. Çıxış yolu axtarırdım və başladım əlimlə səngər qazmağa, amma təbii ki, əllə səngər qazmaq mümkünsüzdür.

Həmin anda ailəm, yaxınlarım, həyatım bir anlıq gözümün önündən keçdi. Bir müddət sonra tanımadığım iki Azərbaycan əsgəri məni dağın başından endirdi və maşına mindirdi. Maşında çox saylı yaralı var idi. Maşına mindikdən sonra özümdən getmişdim. Bir də Bakıda xəstəxanada ayıldım. Gördüm ki, gözlərimi itirmişəm. Amma həyat belə də gözəldir. Hər halı ilə yaşamağa dəyər.

Heç nəyə görə peşman deyiləm, çünki haqqımız olan torpaqlar üçün mübarizə aparmışıq.

Təəssüf etdiyim yalnız itirdiyim döyüş yoldaşlarım üçündür.

Bu haqq uğrunda savaş bizə böyüklərimizdən qalıb. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Belə xalq üçün hər şeyə dəyər. Bizim dayağımız Xalqımız, Şəhidlərimizin ailələridir”.-Hər iki gözünü itirən Qazi Hüseynov İsmayıl Məhəmməd oğlu.

Bu qələbə sevincini, başucalığını bizlərə yaşadanlar Vətən uğrunda canını, qanını qurban verən oğullardır.

Bu oğullardan biri Hüseynov İsmayıl Məhəmməd oğludur. O, torpaqlarımızı azad etmək üçün döyüşlərə könüllü olaraq yollanıb. Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib.

Allah yardımçı olsun.Amin.

Просмотров: 15 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Октябрь 2023  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz