Вторник, 21.05.2024, 11:57
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Форма входа

Главная » 2023 » Октябрь » 23 » Şərqin Napoleonu
21:22
Şərqin Napoleonu

Azərbaycan türk hökmdarı Nadir şah Əfşar 1688 ci oktyabrın 22 də Xorasanın Dərəgəz vilayətində doğulub.Onun adını çəkəndə sovet dövründən qalma bir vahimə bürüyür çox insanın canını: qəddar, oğlunun gözünü çıxaran, qanlar tökən hökmdar. Bu qədərmi? Bəs onun xidmətləri? Təbii ki, torpaqlarını genişləndirmək istəyən hökmdar rəhimli ola bilməz. Nadir şah Əfşar da elə. Avropa tarixçiləri tərəfindən Şərqin Napoleonu adlandırılan bu böyük türk imperatoru hər bir halda - bütün müsbət və mənfi xüsusiyyətləri ilə birgə bir qəhrəmandır.Nadir savadsız və təhsili olmayan bir oğlan idi. 14 yaşına qədər anası və qardaşı ilə birgə yaşadığı Xorasanda çobanlıq etmiş, qoyun-quzu otarmışdı. Onun əcdadları hələ Şah İsmayıl Xətai zamanında – 16-cı əsrin əvvəllərində Azərbaycandan Xorasana köçürülmüşdü. Baxmayaraq ki, Xorasan İranın fars vilayəti idi, bu adam fars dilini pis danışır, ərəb dilini isə heç bilmirdi. Azərbaycan türkcəsinin sadə tərəkəmə ləhcəsində, bəzək-düzəksiz danışırdı. Osmanlı sultanı 1-ci Murada (I Murad, hak. 1730-1754) da məktubu türkcə göndərirdi. Milli duyğusu olan bir hökmdar kimi Nadir şah məktublarında Osmanlı və Azərbaycan-İran türklərini bir-birinə doğma hesab edirdi. Nadir şah uşaqlığından ölənəcən çox mürəkkəb dövrdə yaşamışdı. Bu, Səfəvilər dövlətinin tənəzzülə getməsi ilə bağlı idi. Bir tərəfdən I Pyotr Həmədana qədər gəlib çıxmışdı, bir tərəfdən İran və Ərəbistan yarımadası arasında yerləşən, Hind okeanına qədər yol alan Hörmüz boğazı, yəni Kəngər körfəzini (Türkiyədə Bəsrə körfəzi deyilir) portuqaliyalılar tutmuşdu, ölkənin o zamankı paytaxtı İsfahanı əfqanlar işğal etmişdi, Osmanlılar da Təbrizi almışdı. Qalmışdı köhnə paytaxt Qəzvin və bir neçə şəhər. II Təhmasibin adı şah qalmışdı, özü faktiki olaraq şah kimi heç bir qərar verə bilmir, ölkəni bu bəlalardan çıxara bilmirdi. Nadir qanla gedən torpaqları qanla almaq qərarına gəlir. Heç bir danışığa zaman sərf etmədən qısa müddətdə Kəngər körfəzinin bütün sahillərini avropalılardan - portuqaliyalılardan alır, rəqibləri Bağdada qədər gedib sıxışdırır, Kərkükü, Süleynmaniyyəni qaytarır, bir güllə atmadan rusları Dərbənddən 200 km. o yana çıxarır.

Əfqanları darmadağın edib paytaxt və onun ətrafından qovur, Cənub Azərbaycanı və onun yaxınlığındakı torpaqları osmanlılardan azad edir. Osmanlılar yalnız Arazdan şimalda qalır.Bütün bu ərazilər çox az müddətdə - cəmi 9 il ərzində baş verir. Çox qısa zamanda tam fərqli istiqamətlərdə olan bu qədər torpaqları azad etmək Nadir şahın fenomenliyi - dahi sərkərdəliyi, fitri istedadı, diplomatiyası sayəsində idi. 200 il ərzində Səfəvi şahlarının görə bilmədiyi işi, yəni Şah İsmayılın rəhbərliyi ilə Qızılbaşların yaratdığı böyük bir ərazinin parçalarını bir araya gətirdi, bərpa etdi, təzədən birləşdirdi.Azərbaycanı tam birləşdirdikdən – bütöv halına gətirdkdən sonra Nadir şah Əfşar ölkənin sərhədlərini böyütmək – imperiya yaratmaq fikrinə düşür. Əvvəlcə Əfqanıstana yürüş edir, sonra Hindistana. Dehlini tutur, Buxara və Xarəzmi ələ keçirir.Hindistana sonuncu dəfə Əmir Teymur səfər etmişdi, Dehliyə qədər girmiş, amma bütövlükdə Hindistanı ala bilməmişdi. Amma Nadir şah Hindistanı ələ keçirir, o zamankı pulla ona hər il 700 milyon rupi xərac verirlər. Ödəncin həmin qismində dünyanın ən iri brilyantı sayılan "Kuhi-nur" ("nur dağı") adlanan daş da vardı. Nadir şahın xidmətləri çox böyükdür. Təkcə onun hərbi nailiyyətlərinə görə, müasir İtaliya yazıçıları, 18 əsr tarixçiləri Nadir şah Əfşarı Şərqin Napoleonu adlandırıblar.

Просмотров: 13 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Октябрь 2023  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz