Вторник, 21.05.2024, 06:54
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 3
Гостей: 3
Пользователей: 0
Форма входа

Главная » 2023 » Октябрь » 18 » Toğrul Nərimanbəyov
11:12
Toğrul Nərimanbəyov

Bu gün sizə ilk rəsmlərini həbsxana divarlarına çəkən, SSRİ Xalq Rəssamı adını almış üç azərbaycanlıdan biri, dünya şöhrətli Toğrul Nərimanbəyovun həyatından bəhs edəcəyəm...

Atası Fərman bəy Nərimanbəyov 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Fransada təhsil almağa göndərdiyi tələbələrdən biri olub. Parisdə fransız İrma Rude adlı xanımla evlənir. Gənc ailə 1928-ci ildə Bakıya qayıdır. 1930-cu ildə Toğrul Nərimanbəyov dünyaya gəlir. 1937-ci ildə Fərman bəy həbs edilərək Sibirə katorqa işlərinə göndərilir. Xanımı İrma və 6 yaşlı Toğrul həbsxanaya atılır. Uşaqlıq illərini həbsxanada keçirən Toğrul həbsxana divarlarına çoxlarının anlamadığı qəribə rəsmlər çəkməyə başlayır. Bir neçə ildən sonra anası da Özbəkistana sürgün edildikdən sonra Toğrula körpəlikdə dayəlik etmiş qonşuları Anna Andreyevna himayədarlıq edir...

Toğrul Nərimanbəyov 1950-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirir. 1961-ci ildə anası, daha sonra atası sürgündən qayıdır. Toğrul Nərimanbəyav məşhurlaşana qədər əsərləri qeyri-adi olduğu üçün çox tənqidlərə məruz qalır. Hətta sovet stilində deyil, Avropa stilində geyindiyi geyimləri də, ona paxıllıq edənləri qıcıqlandırırdı...

1980-ci ildə bir Amerikan qalereyası Toğrulu fərdi sərgi açmaq üçün ABŞ-ın Boston şəhərinə dəvət edir. Böyük sərgi üçün əsərlərin bir hissəsi ABŞ-da çəkilməli idi. Beləliklə bir müddət ABŞ-da yaşamaq üçün Toğrul ABŞ-a köçməli olur. Bu dəfə mətbuatda onu Azərbaycanı bəyənməməkdə ittiham edənlər də tapılır. Toğrul dəfələrlə deyirdi ki, "Mən doğulduğum torpağa həddindən artıq bağlı adamam. Xaricə üz tutmağım nə yaxşı yaşamaqla, nə çox pul qazanmaqla, nə də öz yerini-yurdunu bəyənməməklə bağlı deyildir. Bu, bir rəssam kimi əsərlərimi dünyaya tanıtmaqla həm də vətənim Azərbaycanı tərənnüm etmək, tanıtmaqdır."

1989-cu ildə Bostonda, daha sonra Nyu-Yorkda Toğrul Nərimanbəyovun çoxları üçün əlçatmaz olan böyük sərgiləri keçirilir. Böyük rəssam 1993-cü ildə ABŞ-dan anasının vətəni Paisə köçür. Parisdə onun yaradıcılığının ən məhsuldar dövrü başlayır. 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə əlaqadar Parisdə Toğrul Nərimanbəyovun fərdi sərgisi keçirilir. 2000-ci ildə Bakıda keçirilən fərdi sərgisindən sonra Heydər Əliyev onun yaradıcılığını yüksək qiymətləndirərək "İstiqlal" ordeni ilə təltif edir. 2010-cu ildə prezident İlham Əliyev Xalq Rəssamı Toğrul Nərimanbəyovun 80 illik yubileyinin rəsmi dövlət tərəfindən qeyd olunması barədə sərəncam imzalayır və onu "Şöhrət" ordeni ilə təltif edir...

Böyük rəssam Toğrul Nərimanbəyov 2013-cü ildə Parisdə vəfat edib. Cənazəsinin "Fəxri Xiyaban"da dəfn olunması üçün Bakıya gətirilməsi nəzərdə tutulmuşdu, amma qızı Əsmər xanım razı olsa da, həyat yoldaşı Sevil xanım buna razılıq verməyib və Parisin "Passi" qəbirsanlığında dəfn edilib...

Просмотров: 17 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Октябрь 2023  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz