Вторник, 21.05.2024, 13:46
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2021 » Апрель » 19 » Beyni inkişaf etdirmək üçün 5 məşq
09:53
Beyni inkişaf etdirmək üçün 5 məşq

1.❗Gündəlik özünütəhlil

Hər gün 5-10 dəqiqə özünütəhlilə, yəni düşüncə tərzinizin qiymətləndirilməsinə sərf edin. Gün ərzində ağlınıza hansı fikirlərin gəldiyini izləyin, baş verən hadisələrə necə reaksiya verdiyinizi yoxlayın və bu və ya digər qərarın səbəblərini araşdırın.

Bu məşqi gün ərzində bir neçə dəfə yerinə yetirməyiniz tövsiyə olunur.

2.❗Yeni informasiya mənbələri

Öyrəşmədiyiniz formatlardan istifadə etməyə çalışın. Məsələn, kitab oxumağı sevirsinizsə, diqqətinizi faydalı videolara yönəldin. Bununla da, beyniniz qeyri-adi fəaliyyət növü ilə üzləşmiş olacaq və nəticədə düşüncə tərziniz daha çevik olacaq. Fəaliyyətləriniz nə qədər fərqli olsa, koqnitiv bacarıqlarınız bir o qədər yaxşı inkişaf edəcək.

3.❗Hobbi və məşğuliyyətlər

Ən sıx qrafikdə belə boş vaxt tapmaq mümkündür. Buna görə qrafik redaktorda işləməyi, bloqda məqalə yazmağı və ya gitarada çalmağı sevirsinizsə, tərəddüd etməyin və buna vaxt ayırın! Birincisi, rutin işlərdən diqqətinizi yayındırmış olacaqsınız. İkincisi, beynin adi rejimdə “istirahət edən” bölgələrini işləməyə məcbur edəcəksiniz.

4.❗Məktub

Müasir dövrdə insanlar ən çox ya klaviaturaya, ya da telefonun ekranına baxırlar. Bəli, bu rahatdır, amma qələm və kağızı da unutmaq lazım deyil. Yazı zamanı beyin daha çox resurs xərcləyir, eyni zamanda düşünmə prosesləri aktivləşir.

5.❗Koqnitiv məşqlər

Beynini tonusda saxlamağı sevənlər üçün koqnitiv məşqlər mövcuddur. Onların köməyi ilə yaddaşı gücləndirmək, diqqəti və düşüncəni inkişaf etdirmək mümkündür. Bu məqsədlə müasir cihazlardan da istifadə edə bilərsiniz: telefon, planşet, noutbuk.

Просмотров: 100 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Апрель 2021  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz