Вторник, 21.05.2024, 18:14
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2021 » Апрель » 13 » MİKROQƏRARLARIN GÜCÜ
09:17
MİKROQƏRARLARIN GÜCÜ

 #motivasiya

Heç vaxt idmanla məşğul olmayan insan bir gündə atletə çevrilə bilməz. Eynilə gündəlik davranışınızı bir gecədə dəyişdirmək mümkün deyil. Öz üzərində iş, hansı formada ifadə olunursa olsun, həmişə əzmkarlıqdır. Və yüksək nəticələri yalnız kiçik və nizamlı addımlarla əldə etmək mümkündür.

❓ Mikroqərar nədir? Sadə dildə desək, mikroqərar – insanın özünə verdiyi və əsasən müsbət şəkildə formalaşdırdığı kiçik sözdür. O, konkret bir stimula bağlı olur və adətən çox enerji və səy tələb etmir. Mütəxəssislərin fikrincə, məhz mikroqərarlar insana məhsuldar olmağa kömək edir.

Mikroqərarların gücü nədədir? Beynimiz müəyyən alqoritm üzrə hərəkət etməyə öyrəşib. Onun diqqətini qəfildən tamamilə əks bir şeyə yönləndirməyə çalışsaq, heç nə əldə edə bilməyəcəyik. Mikroqərarlar isə beyinin qurduğu köhnə neyron birləşmələrini aldatmağa və məqsədə doğru irəliləməyə imkan verir. Lakin mikroqərarlar verən zaman müəyyən qaydalara əməl etmək vacibdir.

İkidən artıq olmamalıdır

Eyni anda bir neçə mikroqərar verməyə və onları izləməyə çalışmaq lazım deyil. Beyin bu “hücuma” müqavimət göstərəcək, siz isə gücünüzü boşuna xərcləmiş olacaqsınız. Yaxşı olar ki, bir-iki əsas vərdiş seçəsiniz və yalnız onlara fokuslanasınız.

Vaxt və stimul

Mikroqərarlar vaxt və stimula bağlı olmalıdırlar. Məsələn, səhər saat 8-də mütləq yuxudan durursunuz (vaxt) və dişlərinizi fırçalayırsınız (stimul). Beləliklə, yeni vərdişinizi möhkəmləndirən müsbət lövbər yaratmış olursunuz.

Optimal həcm

Mikroqərarın effektiv olması üçün diskomfort hissi olmamalıdır. Azdan başlayın. Məsələn, məqsədiniz gündə ən az bir saat kitab oxumaqdırsa, başlarda yarım saatdan başlayın. Beləliklə, yeni vərdiş həyatınıza harmonik şəkildə daxil olacaq. Tədricən onun formalaşdırmasına sərf etdiyiniz vaxtı artıra bilərsiniz.

Sizə mikroqərarlar və onların vacibliyi haqqında bəhs etmək istəyirik.

❗TAPŞIRIQ:

1) Üzərində işləmək istədiyiniz 1-2 vərdiş seçin.

2) Onları həyatınıza yeritmək üçün hansı mikroqərarlar qəbul edəcəksiniz?

3) Mikroqərarı realizə etmək üçün gündəlik həyatınızda bir vaxt

planlaşdırın ki, heç nə sizə mane olmasın. Və hər gün onu yerinə yetirməyə başlayı

Просмотров: 90 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Апрель 2021  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz