Вторник, 21.05.2024, 16:42
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2021 » Апрель » 22 » psixologiya
08:23
psixologiya

Professor əlinə su dolu stəkanı götürüb tələbələrdən soruşdu:

- Siz necə düşünürsünüz, bu stəkanın ağırlığı nə qədərdir?

Zaldan müxtəlif cavablar eşidildi:

- Təxminən 200 qram!

- Yox, 300 qram!

- Bəlkə də 500 qram.

Professor dedi:

- Mən özüm də dəqiq bilmirəm. Çəkməmişəm, deyə bilmərəm. Amma indi əsas məsələ bu deyil. Mənim sualım başqadır:

- Mən bu stəkanı bir neçə dəqiqə əlimdə tutsam, nə baş verəcək?

- Heç nə! – tələbələr dedi.

- Doğrudur! – professor davam elədi. Bəs bu stəkanı əlimdə 2 saat tutsam, o zaman nə olar?

- Əliniz ağrımağa başlayacaq.

- Bəs bütün gün?

- Əliniz keyiyəcək. Əzələlərinizdə ağrılar olacaq. Hətta xəstəxanaya da düşə bilərsiniz.

Professor davam elədi:

- Bəs sizcə mən onu bütün günü əlimdə tutsam, stəkanın ağırlığı azalacaqmı?

- Xeyr! – tələbələr əminliklə cavab verdilər.

- Bəs bütün bu problemi həll etmək üçün nə etmək lazımdı?

- Sadəcə stəkanı masanın üstünə qoyun. – tələbələrdən biri gülə-gülə dedi.

- Dəqiq! – professor sevincək cavab verdi. – Bax həyatdakı çətinliklərlə də belə davranmaq lazımdır. Bir problem haqda bir neçə dəqiqə düşün və artıq o problem sənlədir. Onun haqda bir neçə saat düşün, o sənə hopmağa başlayacaq. Sən o problem haqda bütün günü düşünsən, onda səni iflic edəcək. Problem haqda düşünmək olar, amma bu onun həll edilməyinə gətirib çıxarmayacaq. Onun “çəkisi” azalmayacaq. Problemin həlli ancaq hərəkətlə mümkün olur. Ya onu həll et, ya da təxirə sal. Səni iflic edəcək ağır daşı ürəyində daşımağa ehtiyac yoxdur.

Просмотров: 104 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Апрель 2021  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz