Вторник, 21.05.2024, 19:50
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2021 » Апрель » 15 » "SÖNDÜRÜN UŞAQLARIN ODUNU..."
10:39
"SÖNDÜRÜN UŞAQLARIN ODUNU..."

"bir gün bir ana gəldi yanıma. Başladı 3-4 yaşlarında olan uşağından şikayət etməyə. Hocam, çox əsəbləşdirir məni. Bəzi hərəkətlərinə səbr edə bilmirəm. Televizora baxırıq imkan vermir. Qəsdən səslər çıxarır. Dayanmadan məni çağırıb yerli yersiz suallar verir. Hamıya sataşır. Oyuncaqların üstümüzə atır. Çağırırsan cavab vermir. Qab yuyuram, ətəyimi dartışdırır. Ağlayır, qışqırır, nə istədiyini özü də bilmir."

Elə bu cümlədə qadını saxladım. "Bəlkə o nə istədiyini bilmirsə siz ona kömək edəsiniz?" "Necə?"-dedi. Uzun-uzun danışdıq. Bir-iki həftə sonra qadın yanıma gəldi. Ağlayırdı. Narahat oldum.

"Hocam"-dedi. "Danışdıqlarınızı çox düşündüm. Hər şey dəyişdi gözümdə. Övladımın nə istədiyini tapdım. Qab yuyurdum bir gün. Gəldi, ətəyimdən tutdu. Oyuncağım qırıldı deyib yüksək səslə ağlamağa başladı. Başqa vaxt olsaydı, əşşi heçnə olmaz. Təzəsin alarıq deyərdim. Get işimi görüm deyərdim. Əlimi saxladım. Onunla bərabər qırıq oyuncağının yanına getdim. Əlimə aldım. Sığal çəkdim. "Cann...qırılmısan? Mənim oğlum səni çox istəyir...o bilərək etməyib"-dedim. Sonra oğluma "Gəl, bərabər düzəldək" dedim. Amma oğlumun heç oyuncaq vecinə deyildi. Təəccüblə mənə baxırdı. Susmuşdu. Oğlumun gözlərində tapdım bütün dediklərinizi. Oğlum diqqət istəyirdi, ona baxmağımı, onu görməyimi istəyirdi. Çağıranda baxmamağı vecsizlik deyilmiş, məndən öyrəndiyi dərs imiş.Tək sıxıldığını, mənə ehtiyacı olduğunu məni incidərək başa salırmış. Cəmi bir neçə dəqiqə lazım imiş, bir neçə söz və baxış. Mən isə çətinləşdirdikcə çətinləşdirib, uzatdıqca uzatmışam. İş demişəm, kino demişəm, söhbət demişəm. Qucaqladım, ağladım. Nə vaxt lazım olsam məni çağır, oğlum, dedim. Bağışla, dedim. Biraz da oynadıq. O gün təmiz başqa uşaq oldu. Artıq onun nə istədiyini bilirəm. Duyğularını bərabər öyrənirik. Nəyin əsəbləşmək, nəyin incimək, nəyin kədər, nəyin xoşbəxtlik olduğunu öyrənirik birlikdə. Və artıq gözlərinə baxıram oğlumun.

Hə dostlar, indi gələk sizin evinizdəki Balaca Adama. Əşyaları atan, əsəb pozucu səslər çıxaran, ağlayan qışqıran, dayanmadan sizi çağırıb suallar verən, fikriniz televizorda və ya telefonda olanda qabağınızda ora bura gedib, paltarınızı dartışdırıb diqqət çəkməyə çalışan. - Yəni sizə görə "nə istədiyini bilməyən" amma əslində sizi istəyən...

Bəzən olur e, ürəyiniz sıxılır. Nə istədiyinizi bilməzsiniz. Haranız ağrayır bilməzsiniz. Uzansanız, dursanız, otursanız da keçməz. Sakitləşməz ürəyiniz. Əsəbi olarsınız. İçinizi od yandırar. İynəli sözlərlə incidərsiniz yanınızdakıları. Off, pufff deyib səslər çıxararsınız. Ora bura gedib birinin sizin fərqinizə varmağını istəyərsiniz. Və elə bu vaxt ananız gəlib deyər "Haran ağrayır balam? Nə dərdin var? Anan ölməyib ki. Hər şey yaxşı olacaq. Sıxma ürəyini" sonra da qəşənnngggg qucaqlayar. Və siz şam kimi əriyib bitərsiniz. Odunuz da sönər. 

 

Просмотров: 103 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Апрель 2021  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz