Вторник, 21.05.2024, 08:49
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Форма входа

Главная » Архив материалов

Qərbi Azərbaycanın dünya elminə bəxş etdiyi parlaq simalardan biri qəribə soyadlı Abbas Çayxorskidir. Abbas Çayxorski 1917-ci ildə Basarkeçər mahalının, Çaxırlı kəndində, Abbasəli bəyin ailəsində anadan olub. 1918-ci ildə ailəsi Ağdaş rayonuna deportasiya olunub. Həmin illərdə həbs olunan atası sonralar sürgündə vəfat edib.

Abbas bəyin soyadının maraqlı tarixçəsi var. Çar dövründə bir çox azərbaycanlı zadəganların soyadı doğulduğu yerə görə yazılırdı: Şıxlinski, Şəkinski və s. Lakin Abbas bəyin babası inanclı insan olduğu üçün “Çaxırlinski” soyadını götürə bilməzdi. Məhz bu səbəbdən “Çayxorlu”- “Çayxorski” soyadını seçir.

Abbas bəyin babası zəngin olub, onun Göyçə gölü yaxınlığında yerləşən mülkü (“mərmər bina”) sovet illərində hətta Kommunist Partiyasının vilayət komitəsinin binasına çevrilib.

Beləliklə, 1939-cu ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olan Abbas Çayxorski müharibənin başlaması ... Читать дальше »

Просмотров: 3 | Добавил: mekteb | Дата: 14.05.2024 | Комментарии (0)

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını (1976-1978) bitirib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında (1971) çalışıb.

O, təkcə şeirləri ilə deyil, ssenariləri ilə də Azərbaycan mədəniyyətinə töhfə verib. Ramiz Rövşənin ssenariləri əsasında bədii və sənədli filmlər çəkilib. Şeir və hekayələri tərcümə edilərək, keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Polşa, Bolqarıstan, Türkiyə və İranda çap olunub.

Ramiz Rövşən Azərbaycan poeziyasında yeni mərhələ yaradan şairlərdən hesab olunur. Professor Rafiq Əliyev şair dostu haqqında yazısında da bunu qeyd edir:

“Ramiz Rövşən haqqında söz deyərkən çoxölçülü Ramiz Rövşən zirvəsi göz önünə gəlir: metafizik şair, dəyərli yazar və esseist; görkəmli ssenarist; ensiklo ... Читать дальше »

Просмотров: 7 | Добавил: mekteb | Дата: 07.05.2024 | Комментарии (0)

İşinin ustası...✍️

Bir fermerin okean sahillərində çox geniş torpaq sahələri var idi. Burada mövsümi işçilər işləyirdi. Havası sərt olan bu yerlərdə heç kim işləmək istəmirdi. Bura bir dəfə gələn işçi bir daha gəlmirdi. Vaxtaşırı okeanda yaranan fırtınanın gətirdiyi külək əkin sahələrinə çox böyük ziyan vurur, mal-qaranı tələf edirdi. Heç kimin işləmək istəmədiyi fermaya bir gün zəif cüssəli bir insan işləmək üçün gəldi.

Fermanın sahibinin axtardığı insan bu deyildi, lakin çarəsizlikdən onu işə götürmək məcburiyyətində idi. Fermanın sahibi işə qəbul edərkən ondan soruşdu: “Yaxşı işçisən?” Həmin adamın cavabı belə oldu: “Fırtına olanda yata bilirəm” Fermer bu qəribə cavabı anlamasa da bir söz demədi. Həmin adam işə qəbul olan gündən böyük həvəs və bacarıqla işləyirdi. Fermer də onun işindən çox r ... Читать дальше »

Просмотров: 9 | Добавил: mekteb | Дата: 03.05.2024 | Комментарии (1)

Marşal Jukov xatirələrində yazır: "Şərq tərəfdən Berlinə ilk daxil olan hərbi hissələr arasında 416-cı diviziya (azərbaycanlılardan ibarət) da var idi. Bu diviziyanın 2 alayı mayın 2-də sovet ordusunun başqa hissələri ilə birlikdə düşmənin Berlinə cəmləşmiş dəstələrini darmadağın etmək tapşırığı ilə həlledici hücuma keçdilər. Saat 10.30-da 416-nın hissələri cənub-qərb istiqamətini yarıb Brandenburq qapılarını ələ keçirdi". Bu alylardan biri olan 373-cü atıcı alayı mayın 1-də Kayzer sarayını ələ keçirib,onun üzərində qələbə bayrağını sancır.

Mayın 2-də isə leytenant Məcidovun komandanlığı altında həmyerlilərimiz sovet bayrağını Brandenburq qapısı üzərinə sancırlar.

Təəssüf ki, sonradan Berlinə qələbə bayrağını ilk sancanlar sırasında onların adlarını çəkmədilər.Çünki, SSRİ rəhbərliyinin tapşırığına əsasən qırmızı bayrağı düşmən binasına bir rus, bir də gürcü sancmalıydı.

Просмотров: 6 | Добавил: mekteb | Дата: 03.05.2024 | Комментарии (0)

Məşhur naturalist Charles Darwin park gəzintisindən sonra hər dəfə evə əlində qazetə bükülmüş çörək parçası ilə gəlirmiş. Nəhayət, bu hadisədən bezən tanışları:- sənə bunu kim verir axı?, -soruşurlar.

-Bir qoca bağbandır. Məni görcək kövrəlir, yaxınlaşıb çörəyini paralayaraq, yarısını mənə uzadır. Elə baxışlarla uzadır ki, xətrinə dəyib imtina edə bilmirəm. Hiss edirəm ki, bir az ruhi xəstədir,- Darwin dərindən köks ötürərək cavab verir.

Bağbanı parkda arayıb tapırlar. -Niyə belə edirsən?,- soruşurlar.

-Qoca kişidir. Tək-tənha ağacların, kol-kosun arasında gəzir. Gül-çiçək görən kimi də dayanır və üzün müddət gözlərini qırpmadan onlara baxır. Hiss edirəm ki, bir az ruhi xəstədir,- deyir. 

Просмотров: 6 | Добавил: mekteb | Дата: 01.05.2024 | Комментарии (0)

Atama gündə yüz kərə bəlkə təşəkkür etsəm, azdır.

Uşaqlıqdan mənə doğru şeylər öyrətdiyi üçün.

10 yaşımdan mənimlə böyük qız kimi rəftar etdiyi üçün.

11 yaşımda mənə 10 kitab, 1 məktub verdi. Oxu, bunlarla daha yaxşı insan olacaqsan, hər kəsi anlayacaqsan dedi.

Sırası ilə yazıram. Bəlkə siz də övladlarınıza bu ardıcıllıqla oxudarsınız.

İlk olaraq, 3 tomluq, çox qalın "Səfillər" kitabını verdi. Hələ də kitabın ön səhifəsində o yaşda yazdığım sözlər durur. Orda bəlkə hamı Kozettaya nəzər saldı. Atam mənə Madlen babanı daha çox oxutdu. Səhifə-səhifə kitabı mənimlə müzakirə edirdi. Mariusun inqilabı fikirləri, nitqləri, Qavroşun əslində bu əsərdə hansı missiyanı daşıdığını, yazıçının oxucuya hansı həqiqətləri göstərdiyini dedi.

Fahişənin kim olduğunu oxudum. Hətta ona belə yardım etmək lazım olduğunu dedi.

Ən böyük nəsihəti gümüş şamdanlari oğurlanan keşişin oğru Jan Valjanı jandarmalardan qorumağı səhnəsi idi. Nəyini oğu ... Читать дальше »

Просмотров: 4 | Добавил: mekteb | Дата: 30.04.2024 | Комментарии (1)

ATAMAN VƏ BİR HƏYATA BƏRABƏR İMTAHAN

Görkəmli Sovet fiziki, Nobel mükafatı laureatı İ.Tamm vətəndaş müharibəsi dönəmində Maxnonun dəstələrindən birinə əsir düşür. Əl-qolunu bağlayaraq onu bir atamanın hüzuruna aparırlar.

- Kommunist küçüyü, qırmızılara tulalıq edirsən? Səni it kimi gəbərdəcəm!-ataman hiddətlənir.

- Əsla yox,- Tamm cavab verir.- Mən Odessa universitetinin professoruyam. Siz tərəflərə bir az azuqə tapmaq niyyəti ilə gəlib çıxmışam.

- Nə nağıl danışırsan? Kişi professor imiş! Hansı sahənin professorusan?-ataman maraqlanır.

- Riyaziyyatdan mühazirələr aparıram.

- Riyaziyyatdan? Hm... - Ataman bir qədər fikrə gedir. - Onda mənə riyazi funksiyanın Teylor sırasına ayrılması düsturunu çıxart, Maklaren sırasını göstər və qalıq əmsalının növünü tap! Səhərə qədər vaxtın var. Həll edə bilsən səni güllələməyəcəm!

Dərin riyazi biliklərə malik Tamm qulaqlarına inanmır. Atamanın ona ünvanladığı sual ali riyaziyyatın ən dar sah ... Читать дальше »

Просмотров: 9 | Добавил: mekteb | Дата: 30.04.2024 | Комментарии (0)

Platondan iki sual soruşmuşlar.

1. İnsanoğlunun sizi ən çox təəccübləndirən davranışları hansılardır?

Platon başlamış saymağa:

- Uşaqlıqda darıxarlar və böyümək üçün tələsərlər. Böyüyərlər və uşaqlıqları üçün darıxarlar.

- Pul qazanmaq üçün sağlamlıqlarını itirərlər. Amma sağlamlıqlarını geri qazanmaq üçün də pul xərcləyərlər.

- Sabahdan üçün narahatlıq edərkən bu günü unudarlar. Bu səbəbdən nə bu günü nə də sabahı yaşayarlar.

- Heç ölməyəcək kimi yaşayarlar. Ancaq heç yaşamamış kimi ölərlər.

2. Yaxşı, siz nə təklif edirsiniz?

Müdrik cavablandırmış:

- Kiməsə özünüzü «sevdirməyə» çalışmayın! Edilməsi lazım olan tək şey, hər şeyi öz axarına buraxmaqdır...

- Əhəmiyyətli olan, həyatda "ən çox şeyə sahib olmaq" deyil, "ən az şeyə ehtiyac duymaqdır"

Просмотров: 3 | Добавил: mekteb | Дата: 30.04.2024 | Комментарии (0)

Sonralar adı çox sevdiyi xalqının tarixinə Hacı Zeynalabdin Tağıyev kimi yazılacaq bu böyük insan 1823-cü il (bəzi mənbələrə görə,1838-ci il) yanvarın 25-də Bakıda kasıb başmaqçı ailəsində dünyaya gəlib. Anası Ümmü xanım vəfat edəndə Zeynalabdinin on yaşı vardı. Gün-güzəran, dolanışıq qayğıları da bir tərəfdən Zeynalabdini tez böyüdüb. On yaşında atası onu bir bənnanın yanına aparıb ki, usta köməkçisi işləsin. Uşaqlıqdan zəhmətkeş olub Zeynalabdin. On iki yaşına çatanda artıq daşyonan imiş. On beş yaşında bənnalıq etməyə başlayıb. Sonra tikinti ustası və təşkilatçısı kimi tanınıb. Halal zəhmətlə qazandığı puldan yığıb ki, özünə bir iş qursun. Ev tikintisi və daşyonma işləri təşkil edəndə iyirmi yaşındaymış. Sonralar da öz tikinti işlərinə özü nəzarət edib. Yaşadığı imarətdə, açdırdığı Qızlar gimnaziyasının binasında onun dəst-xəti var.

Ticarətlə və yüngül sənaye ilə məşğul olmağa başlayıb. Dükanlara və manufakturaya sahib olub. Hacı Zeynalabidin Tağıyev Bakı neftini Xəz ... Читать дальше »

Просмотров: 7 | Добавил: mekteb | Дата: 23.04.2024 | Комментарии (1)

Azərbaycanın ilk ali təhsilli xanımı General Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskayadır. O, Qori Müəllimlər Seminariyasında dərs demiş, böyük Azərbaycan maarifçisi Hüseyn Əfəndi Qayıbovun qızöıdır.

O, həm də ilk azərbaycanlı şəfqət bacısı, Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri olub.

Əliağa Şıxlinski xatirələrində yazır: “Həyat yoldaşım demək olar bütün gününü yaralı əsgərlərə qayğı göstərməklə keçirirdi, yaralı əsgərlərə rus və başqa dillərdə evlərinə məktub yazmalarına kömək edirdi”.

General Şıxlinski xanımını çox sevib. O, Həyat yoldaşı Nigar xanımdan sonra onsuz da yaşamaq istəmirdi. Lakin yarıcan halda 12 il yaşayır və dünya tarixinin bəlkə də, ən ağır ilində - müharibənin tüğyan etdiyi 1943-cü ildə Bakı kənarındakı kiçik bir evdə vəfat edir. Övladı olmamışdı. Sevimli arvadına da “xəyanət” edib, başqası ilə evlənməmişdi. Odur ki, ölümündən bir neçə il əvvəl yazdığı vəsiyyət ... Читать дальше »

Просмотров: 2 | Добавил: mekteb | Дата: 23.04.2024 | Комментарии (0)

1 2 3 ... 18 19 »
Поиск
Календарь
«  Май 2024  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz