Вторник, 30.04.2024, 22:03
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » Архив материалов

Göz.

Təbiətin və təkamülün canlıya bəxş etdiyi ən böyük və möhtəşəm, çoxfunksiyalı və müasir texnologiyaların yaxın 10 ildə çətin çata biləcəyi imkanlara malik dəyər.

Sədəcə düşünün, əyər düşüncəniz yetirsə.

576 megapixel görmə imkanı.

3D görüntüsü.

İki fokus, amma bir görüntü.

Avtomatik görüntü fokuslanması.

Göz qapağı və kiprik qoruması.

40 hissədən ibarət çox mürəkkəb və ideala yaxın işləyən orqan.

Gecə və gündüz fərqli formatlara çevrilib görən.

1 saniyədə beyinə 100 milyarda yaxın siqnal göndərə bilən yeganə orqan.

Mikroblardan və stressdən qoruyan göz yaşı sistemi.

Yaradan yaratmış. Adını nə qoyursuz qoyun.

Gözlərinizin qədrini bilin. O bir dəyərdir.

Просмотров: 12 | Добавил: mekteb | Дата: 19.01.2024 | Комментарии (0)

Kəşflərin tarixi

- Bizim eradan əvvəl 540-cı ildə Pifaqor düzbucaqlı üçbucağın tərəflərinin nisbətini müəyyən etdi.

- Bizim eradan əvvəl 250-ci ildə Arximed fizikanın prinsiplərinin əsasını qoydu.

- Bizim eradan əvvəl 240-cı ildə Aristotel Yerin kürə şəklində olması ideyasını söyləyir və hidrostatikanın qanunlarını müəyyən edir.

- 1665-1686-cı illər. İsaak Nyuton qravitasiya nəzəriyyəsini və mexanikanın üç qanununu işləyib hazırlayır.

- 1673-cü ildə Antoni Van Levenquk ilk olaraq bakteriyaları müşahidə edir.

- 1789-cu ildə Antuan Lavuaze kimyəvi elementlərin ilk siyahısını tərtib edir.

- 1803-cü ildə Riçard Trevitik ilk paravoz yaradıb.

- 1808-ci il. Con Dalton ehtimal edir ki, molekullar atomlardan ibarətdir, atom kütlələri cədvəlini çap etdirir.

- 1820-ci il. Xans Ersted aşkar etdi ki, elektrik cərəyanı maqnit sahəsi yaradır.

- 1831-ci il. ... Читать дальше »

Просмотров: 12 | Добавил: mekteb | Дата: 16.01.2024 | Комментарии (0)

TARİXDƏKİ GERÇƏK İSGƏNDƏR

Makedoniyalı İsgəndər nadir hərbi istedad sahibi, məğlubedilməz fateh idi. Onun haqqında miflərin çoxu sonradan yaradılmışdır. İsgəndər hələ uşaq ikən atası Filippin qələbələrinə sevinmirdi. Qasidlər xəbər gətirəndə ki, atan Filipp hansısa ölkəni tutub, uşaq sevinmək əvəzinə yasa batırdı. Səbəbini soruşanda deyirdi ki, qorxuram atam bütün dünyanı tuta, mənim üçün tutmağa yer qalmaya. İsgəndər 20 yaşına çatanda atasını öldürdü. Dəbilqələrindəki vəhşi təkə buynuzunu qopardıb dünyanın fəthinə başladı. İsgəndər Aran və Karan övladı kimi nəsillikcə yunanlara düşmən idi. Çünki qrek deyildi, Asiya mənşəli idi. Ata xəttilə Karan, ana xəttilə Aran nəslindən çıxmışdı. Yalnız yunanları yox, farsların əcdadları olan əhəməniləri də Makedoniyaya düşmən bilirdi. Ona görə də əhəmənilərlə daim savaşda olan Suziana və Bərdək zadəganları ilə qohumluq əlaqələri yaratdı. Aramey və İvrit mətnlərindəki Bərdək Elamın Bərdə şəhəridir. Suziana isə Şuşadır. Avropa tarixçiləri ... Читать дальше »

Просмотров: 17 | Добавил: mekteb | Дата: 07.01.2024 | Комментарии (2)

Dünyaca məşhur olan bu insanlar ali təhsil ala bilməyiblər...

Məhəmməd Əmin Rəsulzadə- Şərqdə ilk Demokratik Respublikanın yaradıcısı.

Üzeyir Hacıbəyov- Şərqdə ilk operanın və operettanın banisi.

Cozef Konrad- ingilis yazıçısı.

Bill Qeyts- "Mikrosoft"un sahibi.

Pol Qogen- fransız rəssamı.

Ernest Hemenquey- Amerikan yazıçısı.

Mixail Şoloxov- rus-sovet yazıçısı.

Corc İstmen- Amerikan ixtiraçısı.

Redyar Kiplinq- ingilis yazıçısı.

Bernard Şou- ingilis yazıçısı.

**Orta təhsilini başa vura bilməyən məşhur insanlar...

İosif Stalin- SSR-nin uzum müddətli rəhbəri.

Adolf Hitler- Nasizmin bir nömrəli lideri.

Avraam Linkoln- Keçmiş ABŞ prezidenti.

Qrover Klivlend-Keçmiş ABŞ prezidenti.

Corc Vaşinqton- Keçmiş ABŞ prezidenti.

Van Qoq- Niderland rəssamı.

Fyodor İvanoviç Şalyapin- rus opera müğənnisi.

Corc Qerşvin- Amerikan bəstəkarı.

... Читать дальше »
Просмотров: 10 | Добавил: mekteb | Дата: 29.12.2023 | Комментарии (0)

Sevdiyi qıza görə sürgün edildi, İran şahına boyun əymədi – Şəhriyarın Azərbaycana gəlişinə kimlər mane oldu?

Böyük azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyar haqqında maraqlı faktlar.

Əsl adı Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi olan Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib.Məşrutə inqilabı illərində ailəsi Şəhriyarı Heydərbaba dağının ətəyində yaşayan nənəsinin yanına yollayır. İnqilab yatışandan sonra o, ailəsinin yanına geri qayıdır.Şəhriyarın ədəbiyyata marağı uşaqlıq illərindən başlayıb. Burada onun valideynlərinin də rolu çox olub. O, 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə farsca şeirlər yazır. Hafizin, Məhəmməd Füzulinin qəzəllərini oxuyur və onlardan bəhrələnir.İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində alır. Behcət təxəllüsü ilə şeirlər yazmağa başlayır. Məhəmməd Hüseyn Tehranda olarkən Behcət təxəllüsü ... Читать дальше »

Просмотров: 18 | Добавил: mekteb | Дата: 14.12.2023 | Комментарии (0)

2010-cu ildə Rusiyanın Sibir bölgəsində istilər nəticəsində güclü ərimədən sonra bir ton ağırlığında gözəl yunlu mamont balası kəşf edildi. Buzda 39.000 il qaldıqdan sonra bala mükəmməl vəziyyətdə idi, kürkü və əzələ toxuması hələ də toxunulmaz idi. Rus alimləri sayəsində tarixdə ilk dəfə olaraq tarixdən əvvəlki dövrdə yaşamış heyvandan qan nümunələri götürmək mümkün oldu.

Araşdırmalara görə, mamontun ölümü bataqlıqdan keçərkən baş verib və temperaturun aşağı olması və ətrafındakı buzlanma səbəbindən cəsəd mükəmməl vəziyyətdə qalıb.

Cənubi Koreyadan olan elm adamları və tədqiqatçılar Yukanın bədənindən əldə etdikləri DNT nümunələri sayəsində gələcəkdə nəsli kəsilmiş bu növü klonlayaraq tarixin ən böyük məməlilərindən birinə həyat verə biləcəklərini iddia ediblər.

Yuka tapılan ilk mamont deyildi, 1977-ci ildə ekskavatör qazıntı zamanı təsadüfən kiçik bir mamontun cəsədini tapdı, lakin təəssüf ki, yaxşı qoruna bilmədi.

Просмотров: 14 | Добавил: mekteb | Дата: 08.12.2023 | Комментарии (0)

Bakıda məşhur tarixi binalardan biri olan Səadər sarayı və ya Muxtarovun evi 1911-12-ci illərdə milyonçu Murtuza Muxtarovun osetin mənşəli həyat yoldaşı Yelizaveta Tuqanova üçün inşa etdirdiyi saraydır. Qotik üslubunda tikilən sarayın layihə müəllifi polyak əsilli tanınmış memar İosif Ploşkodur...

Səadət sarayı Bakıda tarixi yaxşı araşdırılmış azsaylı binalardan biridir. Bu bina haqqında Rusiya mətbuatında da müxtəlif dövrlərdə 50-yə yaxın məqalələr dərc edilib. Məşhur milyonçu Murtuza Muxtarov həyat yoldaşı Liza xanımı həddən ziyadə çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər" deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy Liza xanıma heç nə demir. Bakıya qayıtdıqdan sonra Venesiyaya adam göndərərək həmin binanın dəqiq surətini əks etdirən çertyojlarını gətizdirir. 1912-ci ildə bina ... Читать дальше »

Просмотров: 14 | Добавил: mekteb | Дата: 05.12.2023 | Комментарии (0)

Azərbaycan üzrə İlk qadınlar....

İlk diplomat qadın - Sara Xatun

İlk pianoçu qadın - Xədicə Qayıbova

İlk aktrisa və kimyaçı qadın - İzzət Orucova

İlk rəssam qadın - Qeysər Kaşıyeva

İlk tibb bacısı qadın - Nigar Şıxlinskaya

İlk opera müğənnisi - Şövkət Məmmədova

İlk göz həkimi qadın - Sona xanım Vəlixan

İlk jurnalist qadın - Şəfiqə Əfəndizadə

İlk heykəltaraş qadın - Zivər Məmmədova

İlk xarici işlər naziri ilk Neftçi mühəndis qadın - Tahirə Tahirova

İlk maarifçi qadın - Hənifə Məlikova

İlk pilot qadın - Leyla Məmmədbəyova

İlk nazir qadın - Ayna Sultanova

İlk bəstəkar qadın - Ağabacı Rzayeva

İlk balerina ustası - Qəmər Almaszadə

İlk kinorejissor qadın - Qəmər Salamzadə

İlk opera yazan qadın - Şəfiqə Axundova

Şərqdə ilk akademik, ilk Biologiya elmlər doktoru, Botanik qadın - Validə Tutayuq

İlk xalq yazıçısı qadın - Əzizə Cəfərzadə

< ... Читать дальше »
Просмотров: 25 | Добавил: mekteb | Дата: 31.10.2023 | Комментарии (0)

Hava dumanlı, çiskinli idi. Maşınla dağa qalxdıq. Maşından düşəndə ilk silahımı atdım və əyilib götürmək istədikdə tank əleyhinə raket kompleksi ilə vurulduq. Raketin alovu nəticəsində sifətim və gözlərim tamamilə yandı. Dişlərim qırılmış, boğazım yanmışdı. Heç yeri görmürdüm. Sadəcə güllə, partlayış, döyüş yoldaşlarımın nalələrini eşidirdim. İstiqamətini bilmədiyim bir tərəfə sürünüməyə başladım. Bir kol tapdım və altında gizlənməyə çalışdım. Çıxış yolu axtarırdım və başladım əlimlə səngər qazmağa, amma təbii ki, əllə səngər qazmaq mümkünsüzdür.

Həmin anda ailəm, yaxınlarım, həyatım bir anlıq gözümün önündən keçdi. Bir müddət sonra tanımadığım iki Azərbaycan əsgəri məni dağın başından endirdi və maşına mindirdi. Maşında çox saylı yaralı var idi. Maşına mindikdən sonra özümdən getmişdim. Bir də Bakıda xəstəxanada ayıldım. Gördüm ki, gözlərimi itirmişəm. Amma həyat belə də gözəldir. Hər halı ilə yaşamağa dəyər.

Heç nəyə görə peşman deyiləm, çünki haqqımız olan torpaql ... Читать дальше »

Просмотров: 13 | Добавил: mekteb | Дата: 27.10.2023 | Комментарии (0)

Bu gün görkəmli bəstəkarımız, milli romans, piano və simfonik musiqinin banisi Asəf Zeynallının (1909–1932) vəfat etdiyi gündür. Cəmi 23 il yaşamasına baxmayaraq, bəstəkar öz adını Azərbaycan musiqi tarixinə "qızıl hərflər"lə yazmışdır. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual” romansları milli vokal musiqimizin inciləridir. A.Zeynallı "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoymuş, 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota almışdır.

Xəstəlikdən əziyyət çəkən bəstəkar xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirməmişdir.

Allah rəhmət eləsin!

Просмотров: 13 | Добавил: mekteb | Дата: 27.10.2023 | Комментарии (0)

« 1 2 3 4 ... 17 18 »
Поиск
Календарь
«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz