Вторник, 30.04.2024, 13:21
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » Архив материалов

Niyə əsgərlər hər hansı bir müharibəyə Napoleonun arxasınca gedirdilər?

Bir gün Napoleon mühafizəçilərini yoxlayarkən öz postunda yatmış bir keşikçi əsgəri gördü. Nizamnaməyə və müharibə dövrünün qanunlarına görə, keşikçi mühakimə olunmalı və güllələnməli idi.

“Çünki vəzifəsini yerinə yetirərkən biabırçı şəkildə yuxuya gedən və yoldaşlarının həyatını təhlükəyə atan əsgərə mərhəmət yoxdur”.

Ancaq Napoleon gözlənilməz bir qərar verdi: yuxuda olan gözətçinin silahını qaldırdı, çiyninə atdı və yorğun əsgərin postunda özü dayandı. Bir müddət sonra növbəni dəyişməyə gələn çavuş gözətçinin yatdığını, imperatorun isə özünün postda dayandığını gördü.

Deyirlər ki, orduda olanların hamısının xəbər tutduğu bu hadisədən sonra əsgərlər Napoleonla döyüşə getməyə və onun uğrunda misli görünməmiş şücaət göstərməyə və qəhrəmanlıqla ölməyə hazır idilər.Napoleonun bütün bu cür hərəkətlərində əsgərlər arasında uğur qazanmasının əsl sirləri var idi.

Nap ... Читать дальше »

Просмотров: 17 | Добавил: mekteb | Дата: 27.10.2023 | Комментарии (0)

Bir dövrün ən böyük lideri olmuş Çingiz Xanın ən çox güvəndiyi generallardan bəziləri keçmiş düşmənləri idi.

1201-ci ildə Taijut qəbiləsinə qarşı savaşda düşmən əsgəri Çingiz Xanı öldürmək istəyir, lakin atdığı ox Çingiz Xanın atına dəyir. Az qala bu hadisə onun ölümünə səbəb olacaqdı. Savaşdan sonra məğlub Taijut qəbiləsinin əsirləri gətirilir. Çingiz Xan onun atını kimin vurduğunu soruşur. Əsgərlərdən biri önə çıxıb həmin oxu özünün atdığını bildirir. Çingiz Xan isə həmin düşmən əsgərini cəzalandırmaq əvəzinə onun cəsarəti və mərdliyini qiymətləndirərək öz ordusuna daxil edir.

Növbəti döyüşdən sonra Çingiz Xan həmin əsgərə "Jebe" (yəni ox) ləqəbini verir. Həmin Jebe Çingiz xanın ən məşhur geneallarından biri olur və Asita və Avropadakı fəthlərdə əsas rollardan birini oynayır

Просмотров: 16 | Добавил: mekteb | Дата: 26.10.2023 | Комментарии (0)

Azərbaycan türk hökmdarı Nadir şah Əfşar 1688 ci oktyabrın 22 də Xorasanın Dərəgəz vilayətində doğulub.Onun adını çəkəndə sovet dövründən qalma bir vahimə bürüyür çox insanın canını: qəddar, oğlunun gözünü çıxaran, qanlar tökən hökmdar. Bu qədərmi? Bəs onun xidmətləri? Təbii ki, torpaqlarını genişləndirmək istəyən hökmdar rəhimli ola bilməz. Nadir şah Əfşar da elə. Avropa tarixçiləri tərəfindən Şərqin Napoleonu adlandırılan bu böyük türk imperatoru hər bir halda - bütün müsbət və mənfi xüsusiyyətləri ilə birgə bir qəhrəmandır.Nadir savadsız və təhsili olmayan bir oğlan idi. 14 yaşına qədər anası və qardaşı ilə birgə yaşadığı Xorasanda çobanlıq etmiş, qoyun-quzu otarmışdı. Onun əcdadları hələ Şah İsmayıl Xətai zamanında – 16-cı əsrin əvvəllərində Azərbaycandan Xorasana köçürülmüşdü. Baxmayaraq ki, Xorasan İranın fars vilayəti idi, bu adam fars dilini pis danışır, ərəb dilini isə heç bilmirdi. Azərbaycan türkcəsinin sadə tərək ... Читать дальше »

Просмотров: 12 | Добавил: mekteb | Дата: 23.10.2023 | Комментарии (0)

Bu gün sizə ilk rəsmlərini həbsxana divarlarına çəkən, SSRİ Xalq Rəssamı adını almış üç azərbaycanlıdan biri, dünya şöhrətli Toğrul Nərimanbəyovun həyatından bəhs edəcəyəm...

Atası Fərman bəy Nərimanbəyov 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Fransada təhsil almağa göndərdiyi tələbələrdən biri olub. Parisdə fransız İrma Rude adlı xanımla evlənir. Gənc ailə 1928-ci ildə Bakıya qayıdır. 1930-cu ildə Toğrul Nərimanbəyov dünyaya gəlir. 1937-ci ildə Fərman bəy həbs edilərək Sibirə katorqa işlərinə göndərilir. Xanımı İrma və 6 yaşlı Toğrul həbsxanaya atılır. Uşaqlıq illərini həbsxanada keçirən Toğrul həbsxana divarlarına çoxlarının anlamadığı qəribə rəsmlər çəkməyə başlayır. Bir neçə ildən sonra anası da Özbəkistana sürgün edildikdən sonra Toğrula körpəlikdə dayəlik etmiş qonşuları Anna Andreyevna himayədarlıq edir...

Toğrul Nərimanbəyov 1950-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirir. 1961-ci ildə ... Читать дальше »

Просмотров: 15 | Добавил: mekteb | Дата: 18.10.2023 | Комментарии (0)

M.Ə.Sabir cəmi 49 yaşı olarkən dünyadan köçmüşdür. Şair xəstə olduğu zaman Tiflis (Tbilisi) şəhərində özünü müayinə etdirmək məqsədilə həkimə müraciət edir. Həkimlər:

- Xəstəliyinizi müəyyən etmək üçün sizi yarıb müayinə etmək lazımdır – dedikdə şair belə cavab verir:

- Mən portmanat deyiləm ki, məni açıb baxasınız və sonra yenə də bağlayasınız...

Beləliklə, şair bu müayinə üsulundan imtina edir. Sonralar xəstəliyinin “sirroz” olduğunu öyrəndikdə şair bu misraları qələmə alır:

Arizi qəmlər əlindən ürəyim şişmiş idi,

Zənn edirdim edəcəkdir ona çarə ciyərim,

Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən

Başladı şişməyə indi üzü qarə ciyərim...

Getdikcə vəziyyəti ağırlaşan xəstə şairə yardım məqsədiylə "Molla Nəsrəddin" jurnalı 1911-ci ilin 14-cü sayında maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbb ... Читать дальше »

Просмотров: 57 | Добавил: mekteb | Дата: 31.05.2023 | Комментарии (0)

Bir gün seminara başlamazdan öncə orta yaşlı bir kişi gəldi.

- Müəllim, əlinizi öpmək istəyirəm, dedi. Əl öpdürməkdən xoşum gəlmədiyi üçün qoymadım, amma soruşdum:

- Xeyir ola? Niyə öpmək istəyirsən əlimi? - Müəllim, 3 il öncə seminarınıza gəldim və bütün həyatım dəyişdi. İndi daha xoşbəxt bir ailəm var və bunu sizə borcluyam.

- Nə oldu ki? Necə oldu?

- 3 il öncə şirkətimizin təşkil etdiyi 2 günlük seminarda bizimlə bərabər idiniz. O seminarda dediniz ki, " Bir insanın ana vətəni uşaqlığıdır. Uşaqlığını doya-doya yaşamamış bir insanın xoşbəxt olması çox çətindir. Bir ananın, atanın əsas vəzifəsi övladlarının uşaqlığını düzgün yaşamasına şərait yaratmaqdır." Mən bir anlıq öz-özümə düşündüm: Görəsən mən uşaqlarıma bu şəraiti yaradırammı? Bu sualı heç düşünmədiyimi hiss etdim. Mən bütün atalar kimi idim. 9 yaşındakı oğlum mən evə gələndə məni görməməyə, qaçmağa çalışırdı. Bilirsinizmi niyə? Çünki onu görən kimi soruşurdum: " Dərslərini oxu ... Читать дальше »

Просмотров: 35 | Добавил: mekteb | Дата: 26.05.2023 | Комментарии (0)

Bir gün okeanda gəmi qəzaya düşərək batır. Gəmidən sağ xilas olan adamı dalğalar kiçik, kimsəsiz bir adaya qədər sürüyür.

Adam ilk günlər xilas olmaq üçün Allaha yalvardı və kömək taparam ümidiylə üfüqə baxdı. Amma nə gələn oldu, nə gedən…

Daha sonra küləkdən, yağışdan və zərərli heyvanlardan qorunmaq üçün ağac budaqlarından və yarpaqlardan bir daxma düzəltdi.

Sahildə tapdığı, gəmidən qalan konserv, kompas kimi əşyaları bu daxmaya qoydu.

Günlər həmişə eyni şəkildə keçirdi. Balıq ovlayır, bişirib yeyir və üfüqü müşahidə edir, xilas olması üçün Allaha dua edirdi. Bir gün şirin su gətirmək üçün yürüyüşə çıxır və geri döndüyündə daxmasının alovlar içində yandığını görür.

Tüstü rəqs edə edə göyə yüksəlirdi. Bu onun başına gələ biləcək ən pis şey idi.

Kədər və hirs içində donub qalır.

İndi bu kimsəsiz adada, başını soxa biləcəyi bir daxma belə qalmamışdı. "ALLAHım, bunu mənə necə edə bildin?" deyə fəryad edir. O, gec ... Читать дальше »

Просмотров: 38 | Добавил: mekteb | Дата: 10.05.2023 | Комментарии (0)

Tarixdən məlumdur ki, “Üç muşketyor” və “Qraf Monte Kristo” kimi klassik əsərlərin müəllifi olan yazıçı Aleksandr Düma 1858-1859-cu illərdə Qafqaza səfəri zamanı müəyyən müddət Azərbaycanda olmuşdur. 1859-cu ilin aprel ayında isə Dümanın 3 cilddən ibarət "Qafqaz səyahətinin təəssüratları" Parisdə çap olunmuşdur. Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr Düma orada Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onlar arasında səmimi dostluq münasibətləri yaranır. Fransız yazıçısı Azərbaycan şairəsi ilə şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı mat edir. Natəvan Dümaya qalib gələrkən o, Dümadan yaşca xeyli kiçik idi. Natəvanın cəmi 26, Dümanın isə 56 yaşı vardı.

Rəssam Çingiz Mehbaliyevin müəllifi olduğu bu rəsm əsərində də həmin səhnə canlandırılıb, Natəvan və Dümanın üz-üzə oturub şahmat oynaması təsvir edilib. Düma və Natəvanın gör ... Читать дальше »

Просмотров: 498 | Добавил: mekteb | Дата: 16.03.2022 | Комментарии (12)

Fatih Sultan Mehmet Xan uşaqkən çox ərköyün bir şagird idi.Dərs zamanı etdiyi ərköyünlüklə müəllimi Ağşəmsəddini hövsələdən çıxarardı.Müəllimi ona hirsləndiyi zaman dərhal: -"Mən Padşahın oğluyam! Mənə heç nə edə bilməzsən!" - deyib,onu təhdid edirdi. Padşaha şikayət etməyi ədəbsizlik sayan Ağşəmsəddin vəziyyəti II Murada izah edə bilmirdi. Ancaq gün gəldi ki,artıq kiçik Mehmetin etdiyi ərköyünlük və dəcəlliklər dözülməz hala çatdı. Bununla bağlı Ağşəmsəddin bir gün izn alıb II Muradın hüzuruna çıxdı.

-Padşahım,sizə xüsusu bir ərzim var.Ancaq söyləməyə həya edirəm - deyincə, II Murat : "Buyur,çəkinmədən izah elə!" - dedi.

Bu söz Ağşəmsəddini rahatlatdı və başladı hadisəni izah etməyə.

- Padşahım! Oğlunuz, ciyərparəniz Mehmet çox ərköyündür. Onun nadincliyi və ərköyünlüyü üzündən dərsini keçə bilmirəm. Özünə hirsləndiyim zaman da dərhal sizinlə məni təhdid edir, - deyincə, II Murat Ağşəmsəddinin yanına gələrək qulağına nəsə pıçıldadı. II Mu ... Читать дальше »

Просмотров: 103 | Добавил: mekteb | Дата: 18.01.2022 | Комментарии (0)

Biz Lütfi Zadə ilə 40 il bir yerdə işlədik. Bu 40 il ərzində onun leksikonunda statistik analiz aparsaq, görərik ki, ən çox “inşallah” sözünü işlədib. Buna şübhəniz olmasın.

Albert Eynşteyn xəstəxanada ölümündən bir neçə gün əvvəl Nobel mükafatı aldığı məqaləni istəyib. Baxıb, sonra məqaləni yerə atıb. Orada bir ifadə işlədibmiş: “Tanrı kainatla zər oyunu oynamır”. Niyə zər? Kvant nəzəriyyəsi, onun Nobel aldığı dalğa nəzəriyyəsi, bütün bunlar ehtimal nəzəriyyəsinə söykənir. Ehtimal nəzəriyyəsi də qumardan gəlir, zər oyunundan. “Tanrı kainatla zər oyunu oynamır”. Yəni, mənim nəzəriyyəm zərə söykənir. Onun fikrində qeyri-səlis məntiq nəzəriyyəsinin istifadə olunması var idi. Fikrimi ona gətirirəm ki, Nyuton həmişə Tanrıya inanan adam olub, Eynşteyn də eynən. Zadə də onlar kimi... Üzr istəyirəm, hərdən öz yazılarıma istinad eləyirəm. Mənim, “Allahsız alim tanımıram” adlı yazım var. Yazının adı belədir. Mən həqiqətən də Allahsız al ... Читать дальше »

Просмотров: 82 | Добавил: mekteb | Дата: 11.01.2022 | Комментарии (0)

« 1 2 3 4 5 ... 17 18 »
Поиск
Календарь
«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz